gundem / siyaset / dunya
21.07.2023
Putin Ukraynanın əks-hücumunun nəticəsinin olmadığını açıqlayıb
"Aydındır ki, Kiyevin qərb kuratorları Ukraynanın hazırkı hakimiyyətinin əvvəlki aylarda “yüksək səslə yayımladığı” qondarma əks-hücumun nəticələrinin olmamasından açıq-aydın məyusdur", - deyə Rusiya prezidenti Vladimir Putin bildirib.
"dogruxeber.tv" bildirir ki, bu barədə RİA Novosti xəbər verib.
"Heç bir nəticə yoxdur, ən azı hələ də yoxdur", - Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə əməliyyat görüşü zamanı deyib.
Ukraynanın Yujno-Donetsk, Artyomovsk və ilk növbədə Zaporojye istiqamətlərində əks-hücum əməliyyatı iyunun 4-də başlayıb.
dogruxeber.tv
Gültəkin Talıbqızı


