İlham Əliyevdən Qarabağda yaşayan ermənilərlə bağlı AÇIQLAMA

"Düşünürəm ki, ona ən yaxın gələcəkdə nail olmaq olar. Nəyə görə mən bu cür düşünürəm, çünki Ermənistan çox mühüm bəyanatla çıxış etməli idi ki, onlar nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, - əslində, onlar bunu rəsmən ötən ilin oktyabrında bəyan etdilər və sonra bir neçə dəfə təsdiqlədilər, - həmçinin bu ilin mayında onlar bunu aydınlaşdırdılar, çünki biz tələb etdik ki, onlar Qarabağı Azərbaycanın hissəsi kimi tanıdıqlarını qeyd etsinlər".

"dogruxeber.tv" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ilə bağlı sualı cavablandırarkən deyib.

"Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir. Biz sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladıq. Bir neçə dəfə danışıqlar aparılıb və iyulun sonunda davam etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar.

Bundan sonra razılaşma əldə oluna bilər və düşünürəm ki, əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik. Bu, həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar. Həmçinin əlavə etmək istəyirəm, Azərbaycandakı erməni azlığına gəldikdə, biz artıq rəsmən bəyan etmişik ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Bununla belə, Azərbaycan onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar. Düşünürəm ki, bu, tam şəkildə beynəlxalq hüququn normalarına uyğundur və fikrimcə, Azərbaycanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilir", - deyə Prezident qeyd edib.

Oxunub: 428

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər