Mənzil almaq istəyənləri belə tələyə saldılar - 1,4 milyon manatlıq dələduzluq

İpoteka ilə ev almaq arzusunda olan 78 Azərbaycan vətəndaşı dələduzların qurbanı olub.

"dogruxeber.tv"ın Musavat.com-a istinadən məlumatına görə, xəbər verir ki, Xətai rayonu ərazisində "Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbəliyev və həmin agentliyin satış menecerləri - Orxan Əliyev və Natiq Şahmuradov vətəndaşları inandırıblar ki, onlara ipoteka ilə ev almağa kömək edəcəklər. Onlar pulu alsalar da, ipoteka ilə ev almaq istəyənlərin arzusu ürəklərində qalıb. Pulları qaytarmaqdan da imtina ediblər.

İş üzrə Xətai Rayon Polis İdarəsində külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Oqtay Zərbəliyev və həmin agentliyin satış menecerləri - Orxan Əliyev və Natiq Şahmuradov istintaqa cəlb olunub. Artıq iş üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət dosyesi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Səbinə Məmmədzadənin icraatındadır. Məhkəmənin hazırlıq iclası avqustun 29-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən şəxslərə qarşı dələduzluq ediblər.

Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər verib. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində ümumilikdə 78 nəfərə qarşı dələduzluq ediblər. Zərərçəkən şəxslərin ümumilikdə 1 milyon 492 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər