gundem / hadise / dunya / Mədəniyyət
10.10.2023, 12:45
Aktyor 14 aylıq müalicədən sonra öldü
Şri-Lankalı aktyor Cekson Entoni Kolombo Milli Xəstəxanasında 14 aylıq müalicədən sonra 65 yaşında vəfat edib.
"dogruxeber.tv" xarici mətbuata istinadən xəbər verir ki, hadisə 2022-ci il, iyulun 2-də aktyor çəkilişdən qayıdarkən baş verib. Avtomobili fillə toqquşduqdan sonra Entoni xəstəxanaya yerləşdirilib və o vaxtdan müalicəsi davam edib.
Hadisə nəticəsində aktyor və kiçik qardaşı Saman da daxil olmaqla daha iki nəfər xəsarət alıb. Aktyor 7 saat əməliyyat keçirib.



