Bakıda tanınmış klinika xəstələri qanunsuz əməliyyat edir? - Nazirliklə Klinika arasında qalmaqal

dogruxeber.tv: - Bu yaxınlarda yerli mediada Azərbaycanın Xalq artistlərindən birinin gəlinin səhhətində ciddi problem yaranması barədə məlumat yayılmışdı.

Hadisə ilə bağlı Qaynarinfo-ya daxil olan məlumata görə, adının açıqlanmasını istəməyən xəstə "Laser Beauty” Klinikasının (LB Clinik) "Neapol” filialında estetik əməliyyat olunaraq evə buraxıldıqdan sonra - gecə saatlarında səhhəti qəfil pisləşib və komaya düşüb. Yaxınları xəstəni təcili Mərkəzi Gömrük Hospitalına aparıblar. Xəstə sözügedən hospitalda 10 gün koma vəziyyətində qalıb. Şükür ki, xəstə Gömrük Hospitalının həkimləri tərəfindən xilas oluna bilib.

Amma məlumatda diqqət çəkən məqam odur ki, xəstənin ilkin əməliyyat olunduğu "Laser Beauty" Klinikasının "Neapol” filialının estetik əməliyyatların aparılması üçün uyğun lisenziyaya malik olmadığı bildirilir.

Maraqlıdır ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də bu məlumatı təsdiq edib. Nazirlikdən Qaynarinfo-ya verilən açıqlamaya görə, "Neapol” filialına yalnız ambulator cərrahiyyə əməliyyatlarının aparılması üçün lisenziya verilib:

"Klinikada ancaq kiçik cərrahi, o cümlədən estetik müdaxilələrə icazə verilir. Amma böyük plastik cərrahiyyə və yaxud ümumi cərrahiyyə işləri görülə, estetik əməliyyatlar da oluna bilməz. Bir də ki, baxır əməliyyatın növünə. Hansısa yüngül işlər görülə bilər, amma məsələn, burun əməliyyatı, üzdə müəyyən dəyişikliklər və s. bunlar oluna bilməz. Bunların hər biri stasionar xidmət tələb edir, filialda isə ancaq ambulator cərrahiyyə var".

"Laser Beauty Klinikası”nın "Neapol” filialının baş həkimi Natavan Əmirova Qaynarinfo-ya açıqlamasında xalq artistinin gəlini ilə bağlı məlumatı təsdiqləməyib. Lisenziya ilə bağlı sualın cavabında isə deyib ki, rəhbərlik etdiyi filialın ümumi tibb fəaliyyət göstərməsinə lisenziyası var. Onun sözlərinə görə, lisenziyanın əlavəsində cərrahiyyə əməliyyatları aparılmasına icazə var:

"Bu məlumatlar Səhiyyə Nazirliyinin saytında da var və onu rahat şəkildə əldə etmək mümkündür. "Laser Beauty" Klinikasının "Neapol” filialının cərrahi əməliyyat etmək üçün hüququ və tam olaraq bunun üçün bütün şəraiti var. Lisenziya verilməzdən öncə Səhiyyə Nazirliyinin əməkdaşları bizim klinikada olublar, yoxlama aparıblar və ondan sonra klinikaya lisenziya verilib. Bununla yanaşı lisenziyanın əlavəsi də alınıb. Lisenziyanın əlavəsində də qeyd edilib ki, cərrahi xidmətlər göstərmək üçün bizim hər bir şəraitimiz var".

Səhiyyə Nazirliyinin açıqlamasını Natavan Əmirovanın diqqətinə çatdırdıqda isə baş həkim bildirib ki, cərrahi əməliyyat növləri heç bir lisenziyanın əlavəsində göstərilmir:

"Sadəcə, cərrahiyyə xidməti yazılır. Nazirlər Kabinetinin qərarı var. Həmin qərarın hazırlanmasında şəxsən özüm iştirak etmişəm. Ya icazən var, ya da yoxdur, vəssalam. Hansı əməliyyatlar aparıla biləcəyi barədə qeyd isə nə "Sağlamlığın qorunması haqqında” Qanunda, nə Nazirlər Kabinetinin hər hansı qərarında, nə də Səhiyyə Nazirliyinin əmrində var”.

Natavan Əmirova 2018-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən klinikaya verilən lisenziyanı və onun 12 avqust 2022-ci il tarixli əlavəsinin surətlərini də redaksiyaya təqdim edib.

Qeyd edək ki, "Laser Beauty Clinic"in Bakı şəhərində 5 filialı mövcuddur. Klinika şəbəkəsinin direktoru Rəna Soltanovadır.

Bakıda tanınmış klinika xəstələri qanunsuz əməliyyat edir? - Nazirliklə Klinika arasında qalmaqal

Bakıda tanınmış klinika xəstələri qanunsuz əməliyyat edir? - Nazirliklə Klinika arasında qalmaqal

Son xəbərlər

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Bütün xəbərlər