“Baktelekom” jurnalistin telefonunu kəsib: “Deyirlər ki, bizim internetə qoşulun”

Hüquqşünas bunu seçim azadlığının pozulması kimi qiymətləndirir
dogruxeber.tv: - Jurnalist Şahin Rzayev “Bakı Telefon Rabitəsi” (“Baktelekom”) tərəfindən Optik (GPON) internetə qoşulmağa məcbur edildiyini deyir.
Vətəndaş bu barədə “Facebook” profilində yazıb.

Onun sözlərinə görə, Sabunçu Telefon Qovşağından zəng edən Yeganə Həsənova adlı şəxs vətəndaşı təkidlə “Baktelekom”un Optik (GPON) internetinə abunə olmağa tələb edib.

“Bizim “Citynet” (Citinet) özəl provayderi ilə müqaviləmiz var. İnternetin keyfiyyəti və qiymətindən də razıyıq. Yeganə Həsənova deyir ki, bu, dövlətin qərarıdır, mütləq “Bakinternet”ə keçməlisiniz, əks halda, şəhər telefonunuz kəsiləcək”, – Şahin Rzayev yazır.

“Həmin qərarın nömrəsini və tarixini soruşanda deyir ki, mən sıravi işçiyəm, bilmirəm. Müdirin adını və telefonunu da vermir. Özü də təkid edir ki, telefon kimin adınadırsa (85 yaşlı qoca anam), mütləq Bakıxanova gedib, müqavilə bağlamalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə zəng edirəm, yenidən “Baktelekom”a yönəldirlər. Bu, inhisarçılıqdan sui-istifadənin bariz nümunəsidir”, – deyə jurnalist qeyd edib.

Sabunçu Telefon Qovşağından Yeganə Həsənova Meydan TV-yə bildirib ki, ərazidə bütün mis ötürücülü elektrik kabelləri optiklə əvəzlənəcək.
Belə olan halda vətəndaş yalnız optik kabelləri dəstəkləyən provayderlərin xidmətindən yararlana bilər:
“Yeni Suraxanı qəsəbəsində telefon qovşağı dayandırılır. Bütün mis kabellər optiklə əvəz olunur. Bunun üçün də bütün abunəçilər telefon qovşağına yaxınlaşıb, qeydiyyatdan keçməlidir. Abunəçilərin müraciətləri əsasında əraziyə optik kabel qoyulub. Biz heç bir abunəçini məcbur edə bilmərik ki, internet provayderini dəyişsin. Sadəcə, həmin ərazidə hansı provayder optik kabelləri dəstəkləsə, o da işləyə biləcək”.
“Baktelekom”dan Meydan TV-yə bildirilib ki, layihəyə əsasən, bütün ölkə üzrə optik kabellər çəkilir.
Buna görə də mis ötürücülü elektrik kabellərinin istifadəsi texniki olaraq mümkün olmayacaq:
“Vətəndaşlar yalnız optik kabel üzərindən xidmət göstərən provayderlərin xidmətlərindən istifadə edə biləcəklər. “Uninet” mis kabel üzərindən təqdim olunmuş xidmət verir. Bizim optik xidmətimiz də onu dəstəkləməyəcək. Vətəndaşın seçdiyi provayder yalnız optik kabeli dəstəkləməlidir”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən də Meydan TV-yə eyni sözlər deyilib.
Bildirilib ki, ərazidə olan provayderlər optik kabelləri dəstəklədiyi təqdirdə, onların xidmətindən istifadə mümkün olacaq.
“Köhnə naqillər ləğv olunur, onun yerinə yeni optik naqillər çəkilir. Optik naqillə verilən internet daha keyfiyyətlidir. Köhnə xidmətdə maksimum 10 meqabayta qədər internet sürəti verə bilirdisə, optikdə minimal 30 meqabaytdan başlayır. Telefon xətti də həmin kabelin üzərindən verilir”, – nazirliyin “Qaynar xətt”indən bildirilib.

Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə deyir ki, yalnız bir provayderə məhkum olmaq və yaxud da israrlı şəkildə yalnız bir xəttin istifadəsi üçün digərlərindən imtinanı məcburi vəziyyətə gətirmək şəxsin seçim azadlığını pozur:

“Bu da süni monopoliya yaratmaqdır. Birmənalı olaraq vətəndaşın seçim azadlığından, xüsusən də xidmət seçmə və keyfiyyətli xidmət seçmə imkanlarını məhdudlaşdırılmasıdır. Həmçinin bazarda olan digər provayderlərin kommersiya fəaliyyətini məhdudlaşdıracaq”.
Daha öncə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Meydan TV-yə bildirmişdi ki, GPON texnologiyasının işə salınması qiymət artımına səbəb olub:

“Qiymətlərin qalxması anlaşılandır, lakin bununla belə insanlara internet sürəti və tariflərlə bağlı seçim imkanı verilməlidir. Əlbəttə, biz başa düşürük ki, bütün ölkə üzərində internet xidmətlərini göstərmək məqsədilə “Baktelekom” və “Aztelekom” böyük bir layihə həyata keçirir. GPON-da da böyük sürətlər vermək mümkündür. Təbii ki, böyük sürətin də qiyməti əvvəlkindən yüksək olacaq. Amma elə adamlar var ki, onlara böyük sürətli internetə ehtiyac yoxdur. İmkan yaratmalıdırlar ki, istifadəçilər özlərinə uyğun sürəti, provayderi seçə bilsinlər”.

Bir neçə ildir ki, Bakıda və regionlarda “Evədək internet” layihəsi GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında işlər aparılır.
İstifadəçilərin GPON texnologiyası sayəsində fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma, kəsintisiz internet, video nəzarət və digər interaktiv xidmətlər əldə edəcəkləri bildirilir.
Qeyd olunur ki, 2024-cü ilin əvvəlinədək ölkə üzrə ADSL xidmətindən Optik şəbəkəsinə keçid ediləcək.//Meydan TV

Oxunub: 550

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər