Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin planı açıqlandı

Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimində icra olunan fəaliyyətlər planı məlum olub.

"dogruxeber.tv" xəbər verir ki, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən Azərbaycan-Türkiyə birgə taktiki təliminin planı aşağıdakı kimidir:

1. Təmas xəttində yerləşən mövqelərin düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan ve Türkiyə komando bölükləri birgə sızma fəaliyyətlərini icra edilməsi;

2. Hərbi Hava Qüvvələrinin təyyarə ve helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə cəbhəboyu ve derinliklerinde hava və radiokəşfiyyat aparılaraq düşmənin hava hücumundan müdafiə vasitələrinin fəaliyyətinə maneələr yaradılacaq. Bu zaman düşmən sahəsinə girmədən radioşüalanma vasitələrini, radiotexniki, radiokəşfiyyat və radiolokasiya vasitələrinin kəşfiyyatının aparılması və dinlənməsi, onların növünün və yerinin təyini, tezlik və digər parametrlərinin aşkar edilməsi, həmçinin hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi fəaliyyətləri icra olunacaq.

Həmçinin düşmən PUA-ları ilə mübarizə aparan bölmələrimiz xüsusi vasitə ilə düşmən pilotsuz uçuş aparatına radiomaneələr tətbiq edərək onun döyüş tapşırığını (kəşfiyyatın aparılması) yerinə yetirməyə imkan verilməməsi, düşmən bölgəsinə geri qaytarılması və ya aldadılması tapşırığını icra edilməsi;

3. Düşmənin HHM vasitələri zərərsizləşdirildikdən sonra açılan hava kolidorunda F-16 qırıcı təyyarələri və digər hücum helikopterləri onun cəmləşmə məntəqələrinə aviasiya zərbələri
endirəcək.

4. Tank əleyhinə idarəolunan raket kompleksləri və düzünə tuşlamaya çıxarılmış T-90 tankları tərəfindən düşmənin 1-ci eşalonunda yerləşən zirehli döyüş maşınları və mövqeləri məhv edilməsi;

5. Bölmələrimizin mütəşəkkil irəliləməsini, düşmən üzərində atəş üstünlüyünün əldə olunması məqsədilə onun döyüş mövqelərinə, artilleriya və minaatan batareyalarına, KMM-lərinə, canlı qüvvə və atəş vasitələrinə artilleriya vasitələrindən kütləvi atəş zərbələri endiriləcək. Bölmələrimizin mütəşəkkil irəliləməsi təmin ediləcək, əldə olunmuş atəş üstünlüyünü qoruyub saxlanılacaq, düşmənin itirilmiş idarəetməsini bərpa etməsinə imkan verilməyəcəkdir. Təminat yollarında batareyaların zərbə basqınlarından sonra Azərbaycan və Türkiyə hərbçilərindən təşkil
olunmuş taktiki qrupların və xüsusi təyinatlı qrupların hərəkəti;

6. Mühəndis bölmələri tərəfindən minalanmış sahələrdən keçidlərin açılmasından sonra
birgə taktiki və xüsusi təyinatlı qruplar düşmən mövqelərinə basqın edərək, onun mövqedə məhv edilməsi və ön xəttinin ələ keçirilməsi fəaliyyətləri icra olunması;

7. Sonra 2-ci eşelon bölmələrinin hərəkəti başlayacaq. Düşmənin dayaq məntəqələri ələ
keçirildikdən sonra irəliləyən bölmələrimizin effektiv və fasiləsiz atəş dəstəyini təmin etmək məqsədilə minaatan batareyalarının əsas mövqeyindən ehtiyat atəş mövqelərinə tağımlarla yerdəyişməsi prosesləri icra olunacaq. "Bayraktar TB-2" vasitəsilə düşmənin "İskander" və "Toçka-U" taktiki raket komplekslərinin məhv edilməsi;

8. Bununla bərabər düşmən mövqeləri piyada qüvvələr tərəfindən ataş və manevr üsulu ilə
ələ keçiriləcək, onun tankəleyhinə silahlarını təsirsiz hala gətirməklə, tankların çevik ve sürətli manevr qabiliyyəti ilə vurucu ateş gücündən, eləcə də tüstü pərdəsinin qoyulmasından faydalanaraq piyada döyüş maşınlarından (PDM) desantin endirilməsi fəaliyyəti icra olunması;

9. Endirilmiş piyada manqaları düşmənin ön xətdə yerləşən canlı qüvvəsini ştat silahları ilə məhv edəcək. Minalardan və düşmənin birbaşa atışlarından qorunmaq məqsədile piyadalar texnikaların arxası ilə hərəkət edərək mövcud vəziyyətə göre sıçramalı ve himayəli şəkildə irəliləməsi;

10. Həmçinin hər iki ölkənin xüsusi təyinatlı qruplarından ibarət hava desantının vəzifəli
şəxsi ələ keçirmək üçün düşmən arxasına endirilməsi fəaliyyəti icra olunacaq. Qrupların hava yolu ilə düşmən arxasına endirilməsi və düşmənin vəzifəli şəxsinin pusqu yolu ilə ələ keçirilməsi və yaşayış məntəqəsinin təmizlənməsi fəaliyyəti icra edilməsi;

11. Hədəf bölgəsi ələ keçirildikdən sonra bölmələrimizin hədəfdə tərtiblənməsi və sonrakı tapşırıqlarının atəş dəstəyini təmin etmək, atəş üstünlüyünü saxlamaq məqsədilə artilleriya batareyalarının esas ateş mövqeyindən ehtiyat ateş mövqeyine taqımlarla yerdəyişməsi;

12. Həmçinin bütün təlim nöqtələrində sanitarların yaralı və şəhid olmuş hərbi qulluqçuları təxliyə etməsi fəaliyyətləri icra olunacaq. Eləcə də xüsusi təyinatlı qrupların minmə məntəqəsində toplanması ve hava yolu ilə təxliyə olunması.

Oxunub: 225

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər