gundem / siyaset
10.11.2023
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına gedib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 10-da Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.
Bu barədə "dogruxeber.tv"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasında iştirak edəcək.



