Şəhid anası: - "Bu dəfə də məni yola verdilər" // VİDEO+FOTO

Demək olar ki, hər gün, günaşırı rəsmi internet səhifəsində icra başçısının vətəndaşlarla səyyar qəbul keçirməsindən yazan Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, yazılarda deyilənə görə, hər görüşdə vətən müharibəsində şücaət göstərən Azərbaycan oğullarından bəhs edərək, tədbirə giriş verir.
Amma, ömrünün 4 ilini vətənə xidmətlə keçirən və xidməti zamanı da canını bu vətənə qurban edən şəhid Həziyev Pərviz Adil oğlunun anası Kətan Həsənova ötən gün icra başçısının qəbuluna düşmək üçün icra hakimiyyətinin inzibati binasının qapısına qədər gedib, lakin "bu gün qəbul günü deyil" deyərək, onu qəbul etməyiblər. Kətan ana "dogruxeber.tv" informasiya agentliyinin rəhbəri Kamal Əsgərov ilə telefon əlaqəsi saxlayıb. Kətan ananın sözlərinə görə, Kamal Əsgərovun mühafizəçi ilə danışmasından sonra, mühafizəçi içəriyə məlumat verib, daha sonra onu İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev qəbul edib, problemini dinləyib.

Qeyd edək ki, Kətan Həsənovanın oğlu birinci vətən müharibəsi zamanı hərbi xidmətə yollanıb. 4 il hərbidə xidmət edib, 1996-cı ildə, xidməti zamanı şəhid olub. Şəhid Pərviz Həziyev subay idi. Onun uğrunda canını verdiyi vətənə əmanəti isə yaşlı ata-anası oldu. Uzun müddətdir ki, ata artıq dünyasını dəyişib. İndi şəhidin yeganə varisi anası Kətan Həsənovadır. O, da 30 ilə yaxındır ki, digər övladları, gəlinləri və nəvələrindən ibarət 6 nəfərlik ailə üzvlərilə birlikdə palçıq kərpicdən tikilmiş daxmada yaşayır.

Ananın dediyinə görə dəfələrlə icra hakimiyyətinə bununla bağlı müraciət etsə də, "növbəniz çatanda tikiləcək" deyib, nə az - nə çox, düz 27 ildir ki, gözlədirlər. Səbri tükənən Kətan ana da digər bir çox şəhid ailələri və qazilər kimi çarəni mətbuatda axtarmaq qərarına gəlib. Odur ki, "dogruxeber.tv" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalı ilə canlı bağlantı yaradaraq, ona köməklik göstərilməsini istəyib.




Kətan ana deyir, - "ikinci vətən müharibəsində şəhid olanların ailələrinə ev verildi, Allah xeyir versin, amma mənim növbəm hələ də gəlib çatmayıb. Bir neçə ay əvvəl qardaşımı göndərdim ki, getsin icra hakimiyyətindən öyrənsin görək mənim növbəm nə zaman çatacaq?!. İcra Hakimiyyətində ona deyiblər ki, "prezidentin o, fonda ayırdığı pul qurtarıb, nə vaxt pul verilsə edəcəyik".



Ötən gün ananı qəbul edən şöbə müdiri Heybət Əliyev isə, "Artıq, ilin yekunudur. Bu il mümkün deyil. Gələn ildən evlərin tikintisinə başlanılacaq, olsa da yəqin onda olar", deyə elə şəhidimizin anası Kətan xanımın özünün də dediyi kimi, onu yola verib.

Yeri gəlmişkən, təkrar olaraq, qeyd edək ki, ana 6 6 nəfərlik ailə üzvlərilə birlikdə 45 il əvvəl palçıq kərpicdən tikilmiş daxmada yaşayır. Artıq, o, daxma da uçma təhlükəsi ilə üz-üzədir. Divarlar çatlayıb, tavan və döşəmə çürüyüb...

Elə yaxşısı budur, 27 il "gələn il"i gözlədikdən sonra, yenə də gələn ilə evinin tikiləcəyi vədi verilən şəhid anasının yaşadığı şəraiti, aşağıda təqdim etdiyimiz fotolarda özünüz görün.

Şəhid anası: - "Bu dəfə də məni yola verdilər" // VİDEO+FOTO

Şəhid anası: - "Bu dəfə də məni yola verdilər" // VİDEO+FOTO

Şəhid anası: - "Bu dəfə də məni yola verdilər" // VİDEO+FOTO

Şəhid anası: - "Bu dəfə də məni yola verdilər" // VİDEO+FOTO

Şəhid anası: - "Bu dəfə də məni yola verdilər" // VİDEO+FOTO

Şəhid anası: - "Bu dəfə də məni yola verdilər" // VİDEO+FOTO

Şəhid anası: - "Bu dəfə də məni yola verdilər" // VİDEO+FOTO

Şəhid anası: - "Bu dəfə də məni yola verdilər" // VİDEO+FOTO


Məsələ diqqətimizdədir. Mövzuya təkrar qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 571

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər