Torpaq almaq istəyənlərə XƏBƏRDARLIQ

“Bəzən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə cəhd edilir. Bu halda inşa edilən ev özbaşına tikinti sayılır və həmin fərdi yaşayış evinin mülkiyyət hüququ verən çıxarışla təmin edilməsi mümkün olmur. Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alarkən həmin torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsi müəyyən edilməlidir”​.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilib.

Bildirilib ki, torpaq sahəsi üzərində hüquqlar dövlət reyestrində qeydiyyatdan keçməyibsə və hüquqlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməyibsə, həmin torpaq sahəsinin notarial qaydada alqı-satqısı mümkün deyil.

“Həmçinin, torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına və təyinatının isə həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahələrinə aid olub-olmaması aydınlaşdırılmalıdır.

Vətəndaşlar mülkiyyətində olan torpaq sahələrində fərdi yaşayış evinin tikintisinə başlamamışdan öncə tikiləcək fərdi yaşayış evinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanmasını təmin etməlidir. Qeyd edək ki, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planını yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) alan hüquqi və ya fiziki şəxslər həyata keçirə bilərlər.

Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir.

Dövlət Xidmətinin məlumatına görə, müvafiq tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti yerli icra hakimiyyəti orqanına təqdim olunur.

10 gün müddətində layihəyə dair irad təqdim edilmədikdə, tikinti işlərinə başlanıla bilər”, - məlumatda qeyd olunub.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər