Ölməyə Vətən yaxşı, yaşamağa... Xaricdə həyat "axtaran" vətəndaşlar konsulluq qapılarında sürünürlər

dogruxeber.tv: - Bəzən düşünürəm ki, biz xaricdə yaşayan həmvətənlərimizə qarşı çox tələbkarıq. Amma dünyanın başqa bir ölkəsinə köçmək, başqa bir ölkəsində yaşamağa çalışmaq düşünüldüyü qədər asan deyil. Əgər dipolmatik korpus, səfirliklər, konsulluqlarla əlaqələr istənilən səviyyədə olmasa, etiraf etməliyik ki, heç kim xarici ölkədə Azərbaycanı tanıda bilməz. Ya da belə deyək, sadəcə bir mağazaya gedəndə və yaxud taksidən istifadə edəndə azərbaycanlı olduğunu deyib, Azərbaycan həqiqətlərindən danışa bilərsən ki, bu da heç işə yaramır.

Çox uzağa getməyək, elə qardaş Türkiyədən danışaq. Orada nə kimi haqlarımız var? Yaşamaq üçün icazə almaq böyük bir işgəncədir. Kirayə ev tapanda Allaha şükür edirsən. Ev sahiblərindən köç idarəsinin tələb etdiyi sənədləri istəyəndə, elə düşünürlər ki, evlərini əllərindən almaq istəyirsən…

Əcnəbi oluğun üçün bir işə girdiyin zaman mütləq şəkildə “çalışma izni” almalısan. Yəni ya Türkiyədə yaşamaq üçün böyük imkanlara sahib olmalısan və biznesini orada inkişaf etdirməlisən, ya da təhsilini alıb geri qayıtmalısan.

Səfirliyimizin, konsulluğumuzun qapısında elə bir sıra olur ki, səhər saat 5-də evdən çıxmalısan ki, sırada yer tuta biləsən. Belə bir şəraitdə, Azərbaycandan və ya Azərbaycan həqiqətlərindən harada danışa bilərsən?

Hələ ki, söhbət Türkiyədən gedir. Siz bir də ABŞ-da, Fransada, Hollandiyada, İsveçdə və s. digər ölkələrdə yaşayan azərbaycanlıları düşünün...
Düşünürəm ki, səfirlərin işi sadəcə dövlət rəsmilərini qəbul etmək və ya dövlət tədbirlərində iştirak edib, şəkil çəkdirməkdən ibarət olmamalıdır. Dünyanın hər bir yerində səfirliklərimizdə konsulluqlarımızda ən azı həftədə bir dəfə açıq qapı günləri olmalı, insanlar rahat şəkildə problemlərini deyə bilməli və müraciətini məsul şöbəyə edə bilməlidir. Dünyanın istənilən yerində yaşayan azərbaycanlı bir problem yaşadığı zaman arxayın olmalıdır ki, arxasında Azərbaycan səfirliyi dayanıb. O zaman vətəndaş Azərbaycandan və Azərbaycan həqiqətlərindən danışa bilər. Ümid edirəm ki, diasporumuza qarşı tələbkar olanda, diplomatik korpusa qarşı ikiqat tələbkar olacağıq…//siam.az

Oxunub: 303

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər