gundem / sosial / Səhiyyə / Cəmiyyət
18.12.2023, 17:15
Azərbaycana qızılca vaksinləri nə vaxt gətiriləcək? - RƏSMİ
"Azərbaycana qızılca ilə bağlı ilin sonunadək orta və yaşlı şəxslər üçün vaksinlər gətiriləcək".
"dogruxeber.tv" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, vaksinlərin gətirilməsini Səhiyyə Nazirliyi təşkil edəcək.
TƏBİB sədri qeyd edib ki, hazırda ölkə epidemioloji durum stabildir, narahatlığa heç bir əsas yoxdur.



