Vidadi Zeynalovun ailəsi Korrupsiyaya İdarəsindən nə istəyir?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun ailə üzvləri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini məhkəməyə verib.

"dogruxeber.tv"ın Qaynarinfo-ya istinadən məlumatına görə, keçmiş aparat rəhbərinin oğlanları Pərviz və Zeynal Zeynallı, qızı Lalə Zeynalova və xanımı Natavan Zeynalovanın iddia tələbi əmlakla bağlıdır. İşin təfərrüatları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Məhkəmə çəkişməsi hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini Vidadi Zeynalovun ailə üzvləri verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Elşən Kazımov iş üzrə hakim təyin edilib.

Vidadi Zeynalov 2015-ci ilin oktyabrında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Keçmiş aparat rəhbəri 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Vidadi Zeynalovun cəzasını 4 ilə endirilib. Vidadi Zeynalov 2019-cu ildə azadlığa buraxılıb.

Qeyd edək ki, Vidadi Zeynalov məhkəmələrdə dəfələrlə uduzsa da, 43 milyonluq həbs qoyulan əmlaklarını geri istəyir. O, halal yolla bu əməlakları əldə etdiyini deyir.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər