İqtisad Universitetinin tenderini 22 günlük şirkət uddu

dogruxeber.tv: - Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 24 min 573 manat 50 qəpik olan tender müsabiqəsinin qalibi “Art Arena Construction” MMC (VÖEN - 1506590081) olub.

“Art Arena Construction” MMC Dövlət İqtisad Universitetinə fərdi mühafizə vasitələri – 80 ədəd əleyhqaz, 80 ədəd respirator, 10 ədəd sanitar çanta, 5 ədəd sanitar xərəyi, 25 ədəd ilk yardım dəsti və 5 ədəd yanğın söndürmək üçün geyim dəsti satacaq.

Nizamnamə kapitalı 10 manat olan “Art Arena Construction” MMC -nin hüquqi ünvanı Nərimanov rayonu, Qarabağ, ev 37, m. 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Seymur Yaşar oğludur.

Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Art Arena Construction” MMC tender müsabiqəsinin başlamasından cəmi 22 gün əvvəl dövlət qeydiyyatına alınıb.

Tender müsabiqəsi 07 dekabr 2023-cü il tarixində başlayıb, tenderin qalibi olan “Art Arena Construction” MMC isə 14 noyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.

Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübəsin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Cəmi 22 gün əvvəl yaranan şirkətin tender müsabiqəsində qalib olması başa düşülən deyil.

Qeyd edək ki, “Art Arena Construction” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. 24,6 min manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər