5 ay əvvəl yaranan şirkət 210 min manatlıq 10 tenderin qalibi olub - Faktlar

Salyan Rayonlararası Psixatriya Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “ELM 86 LT” MMC (VÖEN- 1505772971) olub.
Salyan Rayonlararası Psixatriya Xəstəxanası dəftərxana və təsərrüfat xərclər üçün “ELM 86 LT” MMC-yə 28 min 116 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “ELM 86 LT” MMC tender elanından təxminən 5 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Salyan Rayonlararası Psixatriya Xəstəxanası tender elanını 14.06.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 24.01.2022-ci il tarixində qeydiyyata alınıb.
Məlumat üçün bildirək ki, dövlət qeydiyyatında alındıqdan qısa müddət sonra “ELM 86 LT” MMC müxtəlif dövlət qurumlarından ümumilikdə 207 min 603 manat 28 qəpik dəyərində 10 tender müsabiqəsinin qalibi olub.

5 ay əvvəl yaranan şirkət 210 min manatlıq 10 tenderin qalibi olub - Faktlar

dogruxeber.tv: - “ELM 86 LT” MMC ilk dəfə dövlət qeydiyyatına alındıqdan cəmi 8 gün sonra (02.02.2022-ci il) “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin keçirdiyi tenderdə qalib olub.
Maraqlıdır ki, cəmi 8 gün əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Nizamnamə kapitalı 10 manat olan “ELM 86 LT” MMC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135”-də yerləşir. Qanuni təmsilçisi isə Axundov Elman Qulu oğludur.
Maraqlı məqamlardan biri də odur ki, son bir il ərzində “ELM 86 LT” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub.
“ELM 86 LT” MMC-nin qanuni təmsilçisi Axundov Elman Qulu oğlu eyni gündə, eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qeydə alınan daha 3 şirkətə - "GREEN STORM CORP" MMC, "STAR-08 LT" MMC və "GOLD PLANET LT" MMC MMC-lərin də rəhbəridir.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər