Dələduzluqla vətəndaşların pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanıldı

Zərdabda vətəndaşlara qarşı dələduzluq edərək zərərçəkmişlərin pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "dogruxeber.tv"a verilən məlumata görə, Zərdab rayonun 4 nəfər sakini Rayon Polis Şöbəsinə müraciət edərək Fariz adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək pullarını və iribuynuzlu heyvanlarını ələ keçirdiyini bildiriblər.

Daxil olmuş müraciətlər əsasında Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Fariz Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı o, törətdiyi dələduzluq faktlarını etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, F.Əliyev ötən ilin iyun ayında rayonun 1 sakininin etibarından istifadə edərək ona birlikdə ət məhsullarının satışını həyata keçirəcəyini və qazanc əldə edəcəkləri vədini verib və sonuncunun 11 000 manat pulunu ələ keçirib. Noyabr ayı ərzində isə rayonun Körpükənd və Qoruqbağı kənd sakini olan 3 təsərrüfatçının etibarından istifadə edən saxlanılan şəxs onlara məxsus ümumilikdə 6 baş iribuynuzlu heyvanı ələ keçirib və dəyərindən ucuz qiymətə satıb.

Zərərçəkmişlərə ümumilikdə 22 000 manatdan artıq maddi ziyan vuran F.Əliyev əldə etdiyi pulları xərcləyib.

Faktlarla bağlı Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər F.Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Zərdab RPŞ-yə məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər