Ceyhun Bayramov MDB Baş katibini qəbul etdi

Xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərinin müşahidəsi məqsədilə ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedevi qəbul edib.

XİN-dən verilən məlumata görə, görüş zamanı, MDB çərçivəsində gündəlikdə duran aktual məsələlər, əməkdaşlıq perspektivləri, habelə növbədənkənar prezident seçkilərinin müşahidəsindən irəli gələn məsələlər müzakirə olunub.

Nazir C.Bayramov Azərbaycanın MDB ölkələri ilə ikitərəfli, o cümlədən Birlik çərçivəsində çoxtərəfli əməkdaşlığı uğurla davam etdirdiyini bildirərək, Birliyə üzvlüyümüzün sosial, mədəni, humanitar sahələrdə münasibətlərin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

Cari ilin 7 fevral tarixində baş tutacaq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı görülən işlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir, sözügedən seçkilərin 30 ildən artıq müddətdən sonra ilk dəfə işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb. Seçkilərin təşkili ilə bağlı bütün hazırlıq işlərinin görüldüyü, eyni zamanda beynəlxalq müşahidəçilərin, habelə xarici media nümayəndələrinin seçkiləri müşahidə etməsi üçün lazımi tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

XİN rəhbəri, həmçinin Xarici İşlər Nazirliyi tərəfindən ölkə xaricində yaşayan, habelə uzunmüddətli xarici ezamiyyətdə olan vətəndaşlarımızın seçki hüquqlarını həyata keçirməsi məqsədilə aidiyyəti işlərin görüldüyünü, bu istiqamətdə 37 xarici ölkədə 49 seçki məntəqəsinin yaradıldığını bildirib.

Baş katib Sergey Lebedev, Azərbaycanda keçiriləcək seçkilərin müşahidəsində iştirakla bağlı dəvətə görə təşəkkür ifadə edərək, hazırlıq işlərinin peşəkarlıqla aparılmasının təqdirəlayiq olduğunu bildirib.//qafqazinfo

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov MDB Baş katibini qəbul etdi

Ceyhun Bayramov MDB Baş katibini qəbul etdi

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər