"Dövlət qurumları tərəfindən sənədlər saxtalaşdırılıb, torpağımız əlimizdən alınıb" -  ŞİKAYƏT

Dövlət televiziyalarında yayımlanan bəzi verlişlərin yerini, danışığını bilməyən qonaqları efirdə paytaxtdakı sıxlıq və işsizlikdən söz düşəndə sanki, bir "ağıllı tövsiyyə" verirmiş kimi ciddi sifət alaraq, bunun səbəbini insanların bölgələrdən Bakıya axın etməsində görürlər və bundan narazılıqlarını bildirirlər.

"Kəndli əkinini əksə, heyvan saxlasa hamıdan yaxşı dolanar. Camaat özü tənbəldir, işləmək istəmir", deyə "müdrik sözlər" işlədirmiş kimi digər qonaqlardan, yaxud zalda əyləşənlərdən alqış da alırlar.

Maraqlıdır, işləmək istəməyib şəhərə gələn rayon sakinləri burada pulu küçələrdənmi toplayır?

Şəhərin özündə fəhlə işi tapmaq üçün belə, "adamın gərək adamı olsun".

Əlqərəz...

Şəhərdə rahat şəraitdə dövlətin büdcəsindən yeyib, insanların "alın tərindən içən" bəzi dövlət məmurları nəinki şəhərdə, hətta bölgələrdə belə sözün əsl mənasında insanların çörəyini əllərindən alırlar. Bir yandan onların örüş sahələrini əllərindən alıb fermalar saxlayırlar, bir yandan əkinə yararlı sahələrini əllərindən alıb əkirlər, sakinlər torpaqsız qalır, bir yandan da suvarma vaxtı əmr edib suyu öz sahələrinə yönləndirir, 1-2 ha əkini olan sakinlərin təsərrüfatını susuzluqdan yandırırlar.

Artıq, uzun illərdir rayon, kənd sakinləri yuxarıda sadaladığımız problemlərdən şikayətlənirlər və qınaq üçün yerli bələdiyyələri hədəf götürürlər. Söz yox ki, bələdiyyə sədrləri də "süddən çıxmış ağ qaşıq" deyillər. Hansı ki, bunu İmişli şəhər Bələdiyyəsinin sədri Mehman İsmayılov barəsində təqdim etdiyimiz materiallarda gördünüz. Amma, imza ixtiyarı onların olduğundan, onların da bu kimi məsələlərdə rolu az deyil. Araşdırma apardıqda, aidiyyatı qurumlara müraciət, şikayət edildikdə dövlət qurumlarının bu müraciətlərə biganəliyini gördükdə isə bələdiyyə sədrinin elə vətəndaşların şikayət etmək üçün üz tutduğu həmin qurumlara arxalanaraq, insanlara problem yaratdığı da aşkar görünür. Elə bunu görmək üçün də İmişli şəhər Bələdiyyəsinin sədrini misal gətirmək yerinə düşür. Çünki, nə Əmək Müfəttişliyi Xidməti, nə Bələdiyyələrlə iş Mərkəzi, nə də İmişli rayon prokurorluğu ortada olan, hətta ictimaiyyətə belə təqdim edilmiş faktların əsasında bələdiyyə sədri Mehman İsmayılov barəsində hələ də heç bir hüquqi tədbir görməyib. Demək ki, bələdiyyə sədri "Kamal Əsgərov görəcək mən necə oğlanam", deyərkən, məhz bu dövlət qurumlarında sahib olduğu "xüsusi hörmət"i nəzərdə tuturmuş.

Dövlət qurumlarının, daha doğrusu qurum rəhbərlərinin ya öz şəxsi maraqları, ya da başqa hansısa səbəblər naminə göz yumduqları qanunsuzluqlar xalqın səbrinin sonuna çıxıb, vətəndaşlar arasında ciddi narazılıqlar yaradır.

Yeri gəlmişkən, daha bir kütləvi narazılıq yaradan səbəbi diqqətinizə çatdırmaq istəyirik.

Belə ki, "dogruxeber.tv" xəbər verir ki, Saatlı rayon Mollavaizli kəndinin bir qrup sakinləri agentliyimizin rəhbəri Kamal Əsgərova müraciət ünvanlayıb.

Sakinlər müraciətlərində bildirirlər ki, "Saatlı rayonu Mollavaizli kəndinin 127 ailəsinə Sovxoz və Kolxozların islahat dövründə Araz çayının sol sahilində Musalı kəndinin yaxınlığında Dövlət tərəfindən 28 ha pay torpağı verilmişdir. Pay torpağına aid bütün qanuni sənədlərimiz özümüzdə olsa da həmin pay torpağından əkin üçün istifadə edə bilmirik. Buna səbəb qonşu ərazimizdəki M.B.Qasımov adına kolxozun kənd sakinlərinə verilmiş pay torpaqlarının aidiyyatı orqanlar tərəfindən sənədləri saxtalaşdırılaraq, imkanlı bir şəxsə uzun müddətə icarəyə verilməsi - yəni satılmasıdır. Həmin vaxtdan qonşu kənd sakinlərinə məxsus pay torpağını o, səxs istifadə edir.

Biz bütün qanuni sənədləri aidiyyatı orqanlara təqdim etməklə o, torpaqlar bizə aid olduğunu sübut etməyə çalışırıq. Lakin, sənədi saxtalaşdırıb icarəyə verən vəzifəli şəxslər hər vasitə ilə bu işə mane olurlar. İllərdir biz öz həqiqi pay torpağlarımızı əkib-becərə bilmirik, bu da bizə həm maddi, həm də mənəvi təsir edir. Nəticədə qonşu kəndin sakinləri ilə aramızda yaranan narazılıq düşmənçilik həddinə gəlib çatıb.

Şirvan şəhər İnzibatı-İqtisad Məhkəməsinə biz kənd sakinləri İddia ərizəsi ilə müraciət etmişik, məhkəmənin hakimi Feyruz Abbasov dəfələrlə bizim pay torpaqlarımızın göstərilməsi üçün qətnamə çıxarsa da Daşınmaz Əmlak Dövlət Reyestr xidməti işçiləri məhkəmənin qətnaməsini icra etmirlər, çünki həmin torpağın icarəyə verilməsində əli olan və sözügedən qurumda yüksək vəzifədə çalışan Əliqulu Cabbarov adlı məmur buna maneəçilik törədir."

Bəli, gördüyünüz kimi, sakinlər aidiyyatı üzrə Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifədə çalışan səlahiyyətli bir şəxsin adını çəkib, məhz onun problem yaratdığını vurğulayırlar. Hansı ki, bu barədə Mollavaizli kəndinin sakini Zaman Səmədov da "Kanal14"də canlı yayımlanan "Kamalın zamanı" proqramına zəng edərkən də, bu şəxsin adını çəkib.



Qeyd edək, "dogruxeber.tv" tərəfindən sakinlərin müraciətləri əsasında, ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, İqtisadiyyat Naziri Mikayıl Cabbarova, Bələdiyyələrlə İş Mərkəzinə, Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərinə və Saatlı rayon İcra Hakimiyyəti başçısına rəsmi sorğular artıq göndərilib.

Qurumların cavabı və görüləcək tədbirlər barəsində oxucularımıza da məlumat veriləcək.

Diqqətiniz bizdə olsun!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 669

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər