“Yekun qərarı Tarif Şurası verəcək” — Benzin bahalaşacaq?

dogruxeber.tv: - Azərbaycanın əsas benzin tədarükçüsü olan Rusiya əksər ölkələrə benzin ixracına qadağa qoymağa hazırlaşır. Bu barədə ölkənin Baş naziri Mixail Mişustin martın 1-dən xaricə yanacağın satışının altı ay müddətinə dayandırılması ilə bağlı təklifi təsdiqləyib. Bundan başqa, Nazirlər Kabineti birjada dizel yanacağının satışının minimum həcmini 16 %-ə qaldıracaq. Məlumata görə, qadağa Avrasiya İqtisadi Şurasının ölkələrinə (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan), həmçinin Özbəkistan, Monqolustan, tədarükün razılaşdırılmış həcmlərinə təsir etməyəcək.

İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında qeyd edib ki, son illərdə Azərbaycanın Rusiyadan idxal etdiyi benzinin miqdarı azalıb:

“Yekun qərarı Tarif Şurası verəcək” — Benzin bahalaşacaq?

“Azərbaycan Rusiyadan 2021-ci ildə 148 min tona yaxın, 2022-ci ildə 99,5 min, 2023-cü ildə isə 40,2 min ton “Ai-95” markalı benzin idxal edib. Ümumiləşdirsək, Rusiyadan idxal 2022-ci ildə 40%-dək, 2023-cü ildə isə 60%-dək azalıb. Statistikaya əsasən deyə bilərik ki, benzin idxalında Rusiyadan asılılıq azalıb. 2024-cü ildə də bunun davam edəcəyini proqnozlaşdırmaq olar. Düşünürəm ki, Rusiyanın benzin ixracı qadağası Azərbaycanda benzin çatışmazlığına səbəb olmayacaq. Rusiyanın ixraca qadağa qoymasının səbəbi isə sanksiyaların istehal və emal proseslərinə olan təsiridir.

Hesab edirəm ki, hazırkı məqamda ölkədə yanacağın qiymətində artım edilməyəcək. Bütün hallarda yekun qərarı Tarif Şurası verəcək. Digər istiqamətlərdən də benzin idxalını həyata keçirmək üçün potensial var. Ona görə də təchizatda problemin olacağı və qiymətin qalxacağına ciddi zərurət görmürəm”.

Qeyd edək ki, Azərbaycan 2023-cü ildə Rusiyadan 37,83 milyon ABŞ dolları dəyərində 40 min 262 ton “Aİ-95” markalı, 14,25 milyon ABŞ dolları dəyərində 17 min 387 ton “Aİ-92” markalı və 402,56 min ABŞ dolları dəyərində 357,1 ton “Aİ-98” markalı benzin tədarük edib. Azərbaycanın ötən il xaricdən aldığı 64 min 976 ton “Aİ-92” markalı benzinin 27 %-i, 86 min ton “Aİ-95” markalı benzinin 47 %-i və 2 min ton “Aİ-98” markalı benzinin 18 %-i Rusiyanın payına düşüb.

Oxunub: 273

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər