gundem / siyaset / dunya
5.03.2024, 10:00
Paşinyan Misirə getdi
Ermənistanın baş naziri Nikol Paşinyan Misir Ərəb Respublikasına iki günlük rəsmi səfərə gedib.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə erməni KİV-ə baş nazirlikdən bildirilib.
Səfər çərçivəsində Paşinyan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək söhbət edəcək, daha sonra görüş geniş tərkibdə davam edəcək.


