Rusiyadan ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı BƏYANAT

Moskva aprelin 5-də ABŞ-Avropa İttifaqı-Ermənistan formatında Brüsseldə keçirilən görüşü Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün “kollektiv Qərb”in növbəti cəhdi kimi qiymətləndirir.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF XİN) ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, regiondan kənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və destruktiv şəkildə müdaxiləsi, region ölkələri və onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün olduqca mənfi nəticələrə, yeni haçalanmış fikirlərin yaranmasına, həmçinin nəzarətdən kənar gərginliyin artmasına səbəb ola bilər.

“Aydındır ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün vasitəyə çevirmək istəyir. Bizə məlumdur ki, Vaşinqton və Brüssel efemer vədlər altında Ermənistanın KTMT və Aİİ-ni tərk etməsinə, Rusiya hərbi bazasının və sərhədçilərinin çıxarılmasına nail olmağa çalışırlar", - deyə bəyanatda bildirilir.

Moskva Ermənistan rəhbərliyini Qərbin onu aldatmasına imkan verməməyə və ölkəni təhlükəsizlik vakuumunun yaranması, iqtisadiyyatda ciddi problemlərin meydana gəlməsi və əhalinin ölkədən axın etməsi ilə müşayiət olunacaq yanlış yolla aparmamağa çağırır.

“Qərb, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının fundamental əsasını – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illər üzrə nəqliyyat və iqtisadi əlaqələrin açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması, ictimai xadimlərin və ekspertlərin təmasları vasitəsilə etimadın möhkəmləndirilməsi tədbirlərini nəzərdə tutan üçtərəfli bəyanatlar kompleksini alt-üst etmək cəhdlərindən də əl çəkmir. Məhz Vaşinqtonun və Brüsselin təzyiqi altında rəsmi İrəvan bu razılaşmaların həyata keçirilməsini dayandırdı, bir çox məsələlərdə, xüsusən də nəqliyyat blokadasının qaldırılması məsələsində tərəflər qarşılıqlı şəkildə məqbul sayılacaq qərarların qəbul edilməsinə yaxın idilər. Moskva hələ də Azərbaycanla Ermənistan arasında çoxdan gözlənilən sülhün əldə olunmasına hər cür kömək etməyə hazırdır”, - deyə Rusiya XİN vurğulayır.

Moskva hesab edir ki, Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakterə malik problemli məsələlər 2023-cü il 23 oktyabr tarixində Tehranda Ermənistanın da iştirak etdiyi “3+3” məşvərət platformasının ikinci iclasında razılaşdırılmış “regional məsuliyyət” prinsipinə uyğun olaraq həll edilməlidir.

“Xarici oyunçuları bu razılaşmalara hörmət etməyə çağırır, İrəvandakı hakim dairələri isə öz xarici siyasət xətlərini qurduqları zaman qonşu dövlətlərin narahatlıqlarını nəzərə almağa dəvət edirik”, - sənəddə bildirilir.

Oxunub: 320

Son xəbərlər

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Bütün xəbərlər