Büdcə pulları YOXA ÇIXIR... başçının umrunda da deyil... - AXI NİYƏ?

DogruuXeber.az: - Lerik rayonundan bir qrup sakini rayondakı məmur özbaşınalığı və korrupsiya faktlarından şikayətçidir.

Onlar Anaxeber.info-ya bildiriblər ki, rayonda tam bir anarxiya hökm sürür.

Məmur özbaşınalığı artsa da, cəzasızlıq mühiti də bir o qədər onlara at oynatmağa meydan verir.

Sakinlər bildirirlər ki, bir müddət öncə rayondaxili yolların təmiri və yeni asfalt çəkilməsi üçün Lerik rayonuna dövlət büdcəsindən 1.200 000 (bir milyon iki yüz min) manat vəsaiti ayrılıb.

Onların sözlərinə görə, ayrılmış bu pulun Rayon İcra Hakimiyyətinin başçısı və Yol İstismar İdarəsinin müdiri Elxan Əliyev tərəfindən necə və hansı yollarla mənimsənildiyi məlum deyil.

Sakinlər deyirlər ki, rayondaxili yollar olduqca bərbad vəziyyətdədir. Ayrılmış vəsait yollara xərlənmədiyi üçün belə bir mənzərə yaranıb.

Leriklilər hər dəfə yaranmış çala-çuxura düşəndə, bu yolu bu hala salanlardan gileylənir, eyni zamanda, ölkə rəhbərliyindən yerli məmurlara qarşı tədbir görülməsini istəyirlər.

Sakinlər deyirlər ki, ölkə rəhbərliyi rayon rəhbərinin təqdimatına əsasən Elxan eks-prezident Əliyevi Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev medalı ” ilə təltif edib, çünki ona yanlış məlumat və təqdimat verilib. Halbuki adıçəkilən məmur baş verən korrupsiya pozuntularına görə sorğulanmalı idi.

“Görünür, yollara ayrılmış pulun mənimsənilməsi icra başçısı Əkbər Abbasovu narahat etmir. Çox güman, onun da bu məsələdə maraqları təmin olunub. Budur, leriklilərin dərdi və onları dövlətdən narazı salan məmurlar və onların yaratdığı özbaşınalıq mühiti. Biz ölkə rəhbərliyindən bu məsələtə rekasiya verməsini xahiş edirik”, – sakinlər bildiriblər.

Büdcə pulları YOXA ÇIXIR... başçının umrunda da deyil... - AXI NİYƏ?

Oxunub: 512

Son xəbərlər

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Bütün xəbərlər