gundem / iqtisadiyyat / dunya
26.04.2024
Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edir
Yenidən dövlət başçısı postuna namizəd olan ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşavirləri ölkələrin dollardan istifadədən imtina etməsinin qarşısını almaq üçün tədbirləri nəzərdən keçirir.
"dogruxeber.tv" "Bloomberg”ə istinadən xəbər verir ki, xüsusilə, dollarsız "ikitərəfli ticarətdə iştirak etmək üçün aktiv yollar axtaran” ölkələrə qarşı sanksiyaların tətbiqi müzakirə edilir.
Agentlik bildirib ki, nəzərdən keçirilən tədbirlərə ixrac nəzarəti, valyuta manipulyasiyasına görə cinayət işi və tariflərin tətbiqi daxildir. İddia olunur ki, Tramp seçkidə qalib gələrsə, onun komandası elan edilmiş tədbirləri aktiv şəkildə dollardan imtina yolunu tutan BRİKS üzvü ölkələrə qarşı yönəltməyi planlaşdırır.



