5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

dogruxeber.tv: - İşsizlik və inflyasiya bazar iqtisadiyyatının ən böyük iki problemidir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev mətbuata açıqlamasında məsələnin ciddi olduğunu dilə gətirib. Buna baxmayaraq, deputat işsizlik və inflyasiyanı təbii sayır. Onun fikrincə, işsizlik və inflyasiyaya görə əziyyət çəkməyən ölkə yoxdur. Rüfət Quliyev Azərbaycanda işsizliyin səviyyəsinin aşağı olduğunu iddia edib.
Bizimyol.info xəbər verir ki, aprelin 1-nə olan məlumata görə, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 253,3 min nəfərə çatıb. Həmin kəsimin 4 milyon 966,4 min nəfərini məşğul əhalini təşkil etdiyi iddia olunur. Guya Azərbaycandakı iqtisadi fəal əhalinin 5,5 faizindən də azı işsizdir.

Ölkədə işsizlərin rəsmi sayı nə dərəcədə həqiqəti əks etdirir? Statistika heç həqiqətə bənzəmir. Rəsmi işsizlərin sayının təxminən 287 min nəfər olduğu bildirilir.

Bəs evdar qadınlar niyə "sayılmır"?
Evdar qadınların sayı 600 min nəfəri keçir. Evdar qadınlar nə əsasla işsiz sayılmır? Təkcə onlar 12 faizə qədər işsiz tərkibi yaradır. Hökumət evdar qadınları saymamaqla statistikaya ləkə salmamağa çalışır.

Pay torpaq sahibləri işsiz sayılmır. Bu, nə dərəcədə məntiqlidir?
Ölkədə fərdi təsərrüfatla məşğul olmaq çox çətindir. Çünki örüş yerləri kəndlinin əlindən çıxıb, su tapılmır. Həmin şəxslərin uzağı 10-15 faizi pay torpaqlardan səmərə götürə bilir. Biz bəlkə də hələ nikbin notlarda yazmışıq. Kəndlərdəki müşahidə yaxşı gedişatdan xəbər vermir.

Baş nazir Əli Əsədov deyir ki, 2023-cü ildə Azərbaycanda pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üzrə problemlərin həlli ilə bağlı mülkiyyət sənədləri almayan vətəndaşlardan 53 min 516 nəfərin müraciəti daxil olub, 47 min 509 nəfərə müsbət cavab verilib. Təsəvvür edin, təkcə keçən il iqtisadi fəal əhalinin 1 faizə qədəri işsiz statusunu itirib. Hökumət müfəssəl statistika təqdim etmir. Bilmək olmur ki, pay torpaqları üzərində mülkiyyət əldə edənlər işsizliyin daşını atıb, ya yox.

Rəsmi məlumata görə, muzda çalışanların sayı 1 milyon 749 min nəfərdir. Yenə müfəssəl statistika təqdim olunmur. Rəsmilər ümumi ifadələrlə keçinir. Bildirilir ki, qeyri-rəsmi məşğulluqla yaşayanların sayı çoxdur.

Daha bir xəbər rəsmi qurumların yalanını çıxarır. Son bir ayda maaş kartlarının sayı 164 min ədəd azalıb. Deməli, iqtisadi fəal əhalinin 3 faizindən çoxu iş yerini itirib. Bütün bunları nəzərə alsaq, ölkədə işsizliyin səviyyəsinin 40 faizdən çox olduğunu iddia edə bilərik.

Təəssüf ki, ölkədə iqtisadi statistika ilə bağlı şəffaflıq yoxdur. Təsəvvür edin, bu qədər bahalıq fonunda inflyasiyanın 0 faiz olduğu bildirilir. Hər yer işsiz insanlarla dolu olduğu halda həmişə 5 faiz civarında göstəricidən danışılır. Yalanlarla uzağa gedəcəyimizi düşünürük, amma yanılırıq.//siam.az

Son xəbərlər

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb

Hörmüz boğazını İran idarə edəcək - Qalibaf

Qızıl və gümüş ucuzlaşdı

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Bütün xəbərlər