COP29 könüllüləri üçün qeydiyyat başlayıb

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün qeydiyyat prosesinə start verilib.

"dogruxeber.tv" xəbər verir ki, ötən illər ərzində ölkəmizin ev sahibliyi etdiyi iri miqyaslı tədbirlərin icrasında olduğu kimi, könüllülər qlobal əhəmiyyətli COP29-un təşkilində də mühüm rol oynayacaq.

Belə ki, konfransın təşkilati işləri ilə bağlı zəruri əməliyyatların icrası məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkətinin fəaliyyəti çərçivəsində həm yerli, həm də xarici vətəndaşların, ümumilikdə isə 3000 könüllünün prosesə cəlb olunması gözlənilir.

Könüllülük proqramı çərçivəsində COP29-a öz töhfəsini vermək, eləcə də təcrübə, işgüzar vərdiş və fərdi inkişafa yiyələnmək niyyətində olan könüllülərin layihəyə rahat və koordinasiyalı şəkildə qoşulmaları üçün www.volunteers.cop29.az onlayn qeydiyyat platforması istifadəyə verilib.

Platformada qeydiyyatdan keçərək onlayn anket formasını dolduran şəxslər potensial könüllü qrupuna daxil olurlar. Daha sonra bütün elektron anketlər müraciət edən şəxsin ən az 16 yaşında olması, habelə bilik və bacarıqlar, motivasiya, xarici dil biliyi və digər bu kimi müxtəlif meyarlar, eləcə də COP29-un məqsəd və dəyərlərinə uyğunluq üzrə nəzərdən keçiriləcək, müvafiq namizədlər müsahibəyə, sonra isə təlimlərə dəvət ediləcəklər. Yekun mərhələni uğurla tamamlayan namizədlər COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən media, qonaqlama xidmətləri, nəqliyyat, loqistika və digər əməliyyat istiqamətləri üzrə fəaliyyətə cəlb olunacaqlar. Qeydiyyat prosesini asanlaşdırmaq məqsədilə yarana biləcək suallarla bağlı müraciət etmək üçün çağrı mərkəzi (+994 12 5352928) də könüllülərin xidmətindədir.

COP29-un Könüllülük proqramının əsas məqsədləri dayanıqlılıq səfirləri kimi çıxış edəcək könüllülərin unikal bacarıqlarının real həllərin dəstəklənməsinə yönəldilməsi, əməkdaşlıq mədəniyyətinin təşviqi üçün hər səsin eşidildiyi, hər töhfənin qiymətləndirildiyi inklüziv mühitin təmin edilməsidir. Bu məqsədlə seçim və təlimlər prosesi zamanı yüksək motivasiyalı və müştərək öhdəliklə bir araya gələn gənclərdən ibarət komanda formalaşdırılacaq.

Qeyd olunan məqsədlərə çatmaq üçün könüllülərin COP29 tədbirinə yüksək səviyyədə hazırlığının təmin edilməsi məqsədilə onlara peşəkar inkişaf, ətraf mühit və dayanıqlılıq kimi mövzuları əhatə edəcək bir sıra müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər könüllülərin İqlim konfransına hazırlıq mərhələsində hərtərəfli məlumatlandırılmaları və səriştələrinin artırılmasına xidmət edəcək. Bu baxımdan, COP29 Könüllülük proqramı ölkənin gələcək kadr potensialının formalaşmasında əhəmiyyətli rol oynayır. Qeyd edək ki, daha öncə ölkəmizdə keçirilən müxtəlif irimiqyaslı tədbirlərdə könüllülük proqramının iştirakçısı olmuş gənclər, hazırda COP29-un peşəkar komandasının üzvləridir.

Könüllülərin müasir tələblərə cavab verən fərqli sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsində COP29 Könüllülük proqramı xüsusi əhəmiyyət kəsb edir. Proqram çərçivəsində komanda ruhunun təşviqi, kollektivdə işləmək və ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub.

Oxunub: 297

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər