Teleradiolara elektron siqaretlərlə bağlı sanksiya tətbiq edilə bilər

Audiovizual Şura elektron siqaretlər haqqında məlumatın yayımlanması ilə bağlı açıqlama yayıb.

Şuradan "dogruxeber.tv"a verilən məlumata görə, son zamanlar, bir sıra yayımçılara ödənişli əsasda bir məlumatın yayımlanması barədə təkliflər daxil olur. Həmin məlumatda bır sıra xarici xəbər agentliklərinə istinadla son zamanlar daha çox amerikalı siqaret aludəçilərinin alternativ nikotin məhsullarına keçmələri haqqında məlumatlar öz əksini tapıb və iddia olunur ki, alternativ nikotin məhsulları ABŞ bazarının müəyyən faizini təşkil edir:

"Həmçinin, sözü gedən informasiyalarda mütəxəssislərin daha çox insanın siqareti tərgitməsi və zərərli kimyəvi maddələrin təsiri guya az olan daha yaxşı məhsullara keçməsi tendensiyasına müsbət yanaşmaları iddia olunur.

Audiovizual media subyektləri tərəfindən Audiovizual Şuraya daxil olan sorğulara cavab olaraq və məsələnin ciddiliyini nəzərə alaraq, Azərbaycan Respublikası Audiovizual Şurası bildirir ki, belə məzmunlu məlumatların televiziya və ya radio kanallarında yayımlanması “elektron siqaret”lərin təbliği hesab olunduğundan ölkə qanunvericiliyinin pozulmasıdır. Nəzərə alınmalıdır ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanununa əsasən bütün növ qəlyanlar və elektron siqaretlər tütün məmulatları hesab olunur. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən tütün məmulatlarının satışının və istifadəsinin stimullaşdırılmasına xidmət edən hər bir addım tütün məmulatları sponsorluğudur. Sözügedən Qanunun 9.1.4-cü maddəsinə uyğun olaraq, tütündən istifadənin azaldılması məqsədilə tütün satışının bilavasitə və ya dolayı reklamının və təşviqinin, habelə tütün məmulatları sponsorluğunun reklamının və stimullaşdırılmasının bütün növləri qadağan edilir.

Eyni zamanda, “Reklam haqqında” Qanunun 28-ci maddəsinə əsasən tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

Audiovizual Şura bir daha bildirir ki, yuxarıda qeyd olunan məzmunda məlumatların televiziya və ya radio kanallarında yayımlanması Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması hesab olunaraq, həmin məlumatların yayımlanması halında audiovizual media subyektinə qarşı inzibatı saksiya tətbiq olunacaq", - məlumatda qeyd olunub.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər