Audiovizual Şura bu barədə televiziya kanallarına xəbərdarlıq etdi

Bu gün Audiovizual Şuranın onlayn formatda növbəti iclası keçirilib.

"dogruxeber.tv" xəbər verir  ki, iclasda Şuranın monitorinq qrupunun televiziya redaksiyalarının efirində qeydə aldığı qanun pozuntuları müzakirə olunub.

Belə ki, son günlərdə "ARB", "ATV", "Space TV", "Xəzər TV" televiziya redaksiyalarının efirində xarici dildə mətnin səsləndirilməsi ilə müşayiət olunan sərinləşdirici qəhvə içkisinin reklam çarxının nümayişi qeydə alınıb. Bildiririk ki, həmin reklam çarxında olan bəzi ifadələrin Azərbaycan dilinə tərcüməsinin yazılı şəkildə nümayiş olunmasına baxmayaraq, "Media haqqında" Azərbaycan Respublikası Qanunun 14.2-ci maddəsinin, habelə "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinin tələblərinə əsasən "Dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmalı, yerüstü yayımçı proqramlarında dövlət dilindən istifadəni təmin etməli və reklamın əsas danışıq mətni də dövlət dilində səsləndirilməlidir.

Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Audiovizual Şurası bütün televiziya redaksiyalarından həmin reklam çarxının dərhal yayımdan çıxarılmasını və yalnız səsli mətnin Azərbaycan dilinə tərcümə olunması və Azərbaycan dilinə adaptasiyası şərtilə həmin reklam çarxının nümayiş olunmasını tələb edir.

Qanunvericilik tələblərinə əməl olunmadan proqramların (o cümlədən reklamların) yayımlanması aşkarlanarsa, həmin yayımçıya qarşı Şura tərəfindən müvafiq sanksiylar tətbiq olunacaq.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər