gundem / Cəmiyyət
6.07.2024, 18:00
Qucaqlamaq arıqlamağa səbəb olur
İngiltərədəki Kembric Universiteti və ABŞ-ın Texas ştatındakı Baylor Tibb Kollecinin birgə araşdırmasında qucaqlaşmanın yeni psixoloji və fiziki təsirləri aşkar edilib.
"dogruxeber.tv" xəbər verir ki, “bir doza qucaqlaşmaq” ilə ifraz olunan oksitosin hormonu doğuşdan sonrakı depressiya ilə mübarizə aparmağa və arıqlamağa kömək edə bilər.
Beləki, hər 10 qadından biri doğumdan əvvəl və ya sonra psixoloji cəhətdən təsirlənir.
Tədqiqatçılar, təsirlənənlərin bədənində oksitosin hormonu istehsal edən genlərinin kifayət qədər olmadığını bildirib.



