Çox adam Bakının bu qəsəbəsindən torpaq alır – Səbəb o, icra hakimiyyəti ilə "dil tapmağ"ın daha adan olmasıdır

Sənədsiz evlərin tikintisi ilə bağlı qaydaların sərtəşdirilməsindən sonra Bakıətrafı qəsəbələrdə həyət evlərinin inşası nəzərəçarpacaq dərəcədə azalıb. Hətta torpaq sahiblərinin çoxu kommunal xətlərin çəkilməsinin çətinliyini nəzərə alaraq, gözləmə mövqeyində dayanıb. Amma istisnalar da var. Məsələn, Bakının Sabunçu rayonunda, xüsusilə Ramana qəsəbəsində həyət evlərinin inşası əvvəlki qaydada davam edir. Satış saytlarına nəzər salsaq, bu ərazilərdə olan torpaqlarla bağlı elanların sayında xeyli artım müşahidə olunur.

Buna səbəb nədir?

"dogruxeber.tv" bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, paytaxın bəzi ərazilərində yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi qanunsuz tikintilər mövcuddur:

"Tikinti ilə bağlı qanunvericiliyin tələbləri bütün rayonlar üçün eynidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu işlə məşğuldur və komitə nəzdində bununla bağlı portal istifadəyə verilib. Məlumatlandırma icraatı ilə bağlı vətəndaş müraciətini bu portal üzərindən edir və cavabını alır. Bu zaman torpağın Səbail və yaxud Sabunçuda yerləşməsinə görə hər hansı rüsum fərqi yoxdur. Sənədsiz tikililərə gəlincə, şəhərin ərazisindən asılı olaraq, yerli icra hakimiyyəti orqanlarının qanunsuz şəkildə tələb etdikləri müəyyən məbləğ var. Bu məbləğ yerləşməsindən, evin ölçülərindən, mərtəbə sayından asılı olaraq dəyişir. Məsələn, Binəqədi rayonunun ərazisində yerləşən Biləcəri və kənd Binəqədinin tikinti qiymətləri arasında müəyyən fərqlər var. Bu işin hüquqi tərəfidir".

Ekspert qanuni tikintilərlə bağlı ərazidən asılı olmayaraq, icazə rüsumunun eyni olduğunu diqqətə çatdırıb:

"Tez başa gəlmə məsələsinə gəlincə, bu artıq texniki məsələdir. Məsələn, biz Yeni Ramana ərazisində tikinti aparmaq üçün yerli icra hakimiyyəti orqanları ilə daha tez dil tapa bilirik, nəinki Mərdəkanda. Bu isə ərazinin inzibati mərkəz olub - olmamasından asılıdır. Amma sənədli torpaq sahələrinin üzərində, məlumatlandırma icraatı qaydasında tikinti aparılması ilə bağlı Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma məcəlləsi var. Həmin məcəllənin tələbələrinə müvafiq qaydada tikinti aparmalıdır. Bu isə şəhərin bütün rayon və ərazilərində eyni qiymətlədir".

Oxunub: 314

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər