Yeni dəyişikliklə hərbçilərin pensiyaları belə ARTACAQ

"Nazirlər Kabineti  “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Kabinetin son qərarı “Əmək pensiyaları haqqında” qanunda müzakirə edilən dəyişikliklər ilə bağlıdır və bununla da pensiyaların hesablanması qaydasına əlavələr gətirir".

"dogruxeber.tv" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar pensiyalar hesablanan zaman hərbi qulluqçuların xidməti yaşının dəyişdirilməsini nəzərdə tutmaqla yanaşı qanunverici dəyişikliklər pensiya məbləğlərinin hesablanması mexanizmini də yeniləyir:

""Əmək pensiyaları haqqında" qanunda edilən dəyişikliklərə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılır. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin—2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər əvvəlki qaydalar ilə qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa, yeni dəyişikliklər ilə bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək. Bu o deməkdir, bu şərtlərlər daxilində pensiyaya çıxan hərbçilərimizin pensiyalarında artım olacaq".

V.Bayramov bildirib ki, dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 ili tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər: "Yəni, əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bununla da pensiyaya çıxmağa 3 ili qalan hərbçilərimiz üçün seçim təklif olunur və qulluq müddəti ilə bağlı dəyişikliklər onlara təsir etmir. Digər tərəfdən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılır. 

Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır".

Oxunub: 331

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər