Nəqliyyat maqnatı indi də MANDAT DAVASINDA... - İLGİNC İDDİALAR...

1 sentyabr VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin yaxınlaşması deputat seçilmək istəyən bir sıra şəxsləri hərəkətə keçirib. Artıq mediada bir sıra nüfuzlu şəxslərin, iş adamlarının millət vəkilliyinə iddia etməsi ilə bağlı məlumatlar dərc olunmaqdadır.

"dogruxeber.tv" Dia-az.İnfo-ya istinadən bildirir ki, bu xüsusda editor.az-ın redaksiyasına daha bir tanınmış və qalmaqallı iş adamının deputat seçilməyə çalışdığı barədə maraqlı informasiya daxil olub.Məlumata görə, “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Faiq Seyidov millət vəkili seçilmək üçün bütün imkan və əlaqələrini səfərbər edib. İddiaya görə, Faiq Seyidov hazırda deputat, ölkənin əsas dərman monopolistlərindən hesab edilən Kamaləddin Qafarovun seçildiyi 9 saylı Binəqədi ikinci seçki dairəsindən millət vəkili seçilməyə çalışır. F.Seyidovun bütün yaxın ətrafına deputat seçilmək üçün siyasi xeyir-dua aldığını və hakim Yeni Azərbaycan Partiyasının seçkilərdə onun namizədliyi üçün güzəştə gedəcəyini elaan etdiyi qeyd olunur.

Editor.az xatırladır ki, Faiq Seyidov ölkənin ən qalmaqallı iş adamlarından biri hesab edilir. Uzun illər paytaxt Bakının ictimai nəqliyyat sektorunu monopoliyada saxlayan F.Seyidov oğlunun maşınla adam vuraraq öldürməsi xəbəri ilə uzun müddət medianın diqqət mərkəzində olub.

Editor.az mediada yazılanlara istinadən xəbər verir ki, “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidov 2014-cü ildə ağır qəza törədib.

Yerli KİV-də “Xaliq Faiqoğlu” şirkətinin rəhbəri Faiq Seyidovun oğlu Xaliqin 2014-cü ildə ağır yol qəzası törədərək adam öldürməsi və məsuliyyətdən yayınması ilə bağlı məlumatlar yayılıb.

Sözügedən hadisə 2014-cü ildə “Memar Əcəmi” metro stansiyasının yaxınlığında baş verib. Belə ki, həmin ilin mayın 18-də Nəsimi rayonu, “3-cü mikrorayon dairəsi” kimi tanınan ərazidə 10-LU-090 dövlət nömrə nişanlı “Mercedes GL” markalı avtomobillə Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. E.Məmmədov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

E.Məmmədov 2005-ci ilin oktyabr ayından etibarən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində baş zabit vəzifəsində polkovnik-leytenant olaraq işləyirdi.

Bundan başqa millət vəkili olmaq istəyən Faiq Seyidov yerli KİV-də aralarında yaranan mübahisə zəminində sahibkar Azadxan Xanməmmədovu qanunsuz həbs etdirməkdə ittiham olunur.

Son xəbərlər

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Bütün xəbərlər