Deputatlar öz dairələrində nə qədər səs ala bilib? – Maraqlı rəqəmlər

Fevralın 7-də keçirilən prezident seçkilərində Milli Məclisin 4 deputatı da namizəd olaraq iştirak edib.

"dogruxeber.tv" bildirir ki, səsvermənin nəticələrinə görə həmin deputatlardan Zahid Oruc - 2,17 faiz, Fazil Mustafa – 1,98 faiz, Qüdrət Həsənquliyev - 1,72 faiz, Razi Nurullayev - 0,80 faiz səs ala biliblər.

Maraqlı odur ki, adçəkilən deputatlar öz seçiciləri tərəfindən də dəstəklənməyiblər. Onlar bəzi hallarda deputatı olduqları seçki dairələrində nəinki İlham Əliyevdən, hətta öz həmkarlarından da az səs alıblar.

Əvvəlcədən onu deyək ki, 2023-cü ildə Mərkəzi Seçki Komissiyası bir sıra Dairə Seçki Komissiyalarının adında dəyişiklik edib. Ona görə də deputatların 2020-ci ildə seçildiyi dairənin adı ilə, 2024-cü il prezident seçkiləri zamanı dairələrin adında fərqlər var.

İndi ümumi rəqəmləri təqdim edək:

Razi Nurullayev 79 saylı İmişli seçki dairəsindən millət vəkili seçilib(2020-ci il). Hazırda həmin ərazi 81 saylı İmişli Seçki Dairəsi adlanır. R. Nurullayev prezident seçkilərində dairədən 863 səs alıb. İlham Əliyevdən sonra ikinci yerdədir.

Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin deputatıdır. Prezident seçkilərində 1121 seçici ona səs verib. Maraqlıdır ki, bu dairədə F. Mustafa həmkarı Zahid Oruca uduzub. Oruc 1128 səslə ikinci yeri tutub.

Qüdrət Həsənquliyev 36 saylı Xətai dördüncü seçki dairəsindən deputat seçilib. Dairə hazırda 36 saylı Xətai-Suraxanı seçki dairəsi adlanır. Deputat bu dairədən 1102 səs alıb. İlham Əliyevdən sonra ikinci yerdədir.

Zahid Oruc 94 saylı Bərdə kənd seçki dairəsindən deputat seçilib. Hazırda ərazi 99 saylı Bərdə seçki dairəsi adlanır. Z. Oruc dairədə 1550 seçicinin səsini ala bilib. //yenisabah.az

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər