Sumqayıtdakı 1 milyonluq maxinasiya ilə bağlı ARAŞDIRMA – Pullar hanı?

dogruxeber.tv: - 2021-ci il sentyabrın 28-də Sumqayıtda şəhərdaxili bütün sərnişin avtobusları nağdsız ödənişə (kart sisteminə) keçirildi. Hər kəs 2 manat ödəyərək həmin kartlardan alsa da, sonradan bu sistem ləğv edildi. “Sumqayıt Nəqliyyat -1” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) avtobuslarda gediş haqqının nağd ödənişə qaytarılma səbəbi kimi 206 avtobus üçün alınan 210 validatorun nasazlğını göstərmişdi.

Həmin vaxt nasazlığın tezliklə aradan qaldırılacağı deyilsə də, üstündən 3 il keçməsinə baxmayaraq heç nə dəyişməyib. İlk vaxtlar mövzu aktual olsa da, sonradan unuduldu. Nə sərnişinlərin kartlara görə ödədikləri 2 manatların taleyinə aydınlıq gəldi, nə də nasazlıq aradan qaldırıldı.

Sumqayıtdakı 1 milyonluq maxinasiya ilə bağlı ARAŞDIRMA – Pullar hanı?

Bu “xüsusi əməliyyat” nəticəsində külli miqdarda vəsait “yoxa çıxdı”.

KONKRET.az indi çoxlarının unutduğu həmin əməliyyatda nə qədər vəsaitin mənimsənildiyi ilə bağlı araşdırma aparıb. Xatırladaq ki, ortada heç bir rəsmi məlumat olmadığından biz yalnız təxmini hesablamalar aparmışıq. Beləliklə…

2021-ci ildə Sumqayıt şəhərində 347 min nəfərin yaşadığını nəzərə alsaq, nağdsız ödənişə keçidlə əlaqədar təxminən 300 minə yaxın şəhər sakini 2 manat ödəniş edərək kart alıb. Kartların dövriyyədən çıxarılması isə həm də həmin kartların balansındakı vəsaitin də “sıfırlanması” ilə nəticələnib ki, bu da az məbləğ eləmir. Təxmini hesablama aparaq. 300 min nəfərin 2 manatdan kart almasını təxmin etsək, bu, 600 000 min manat edir. Üzərinə də kartların daxilində qalan təxmini məbləği əlavə etsək, söhbətin 1 milyon manata yaxın vəsaitdən getdiyi məlum olur.

Maraqlıdır, bəs həmin 1 milyona yaxın vəsaitin sonrakı taleyi necə olub?

2023-cü ildə “Sumqayıt Nəqliyyat 1” MMC-nin qaraj müdiri Tofiq Saydumov açıqlamasında bildirib ki, 2024-cü ilin ilk aylarından etibarən “Sumqayıt Nəqliyyat 1” MMC-nin tərkibinə daxil olan 2, 5, 6, 12, 12A saylı avtobuslarda yenidən nağdsız ödənişə keçmək üçün müasir standartlara cavab verən validatorlar quraşdırılacaq.

Sumqayıtdakı 1 milyonluq maxinasiya ilə bağlı ARAŞDIRMA – Pullar hanı?

Lakin 2024-cü ilin sonuna yaxınlaşsaq da, avtobuslar nağdsız ödənişə keçməyib.

O da məlumdur ki, Rusiya şirkətlərinin biri tərəfindən quraşdırılan nasaz validatorlarla əlaqədar “Sumqayıt Nəqliyyat 1” MMC həmin şirkətlə təzminat barədə danışıqlar aparıb. Amma bu danışıqların sonrakı taleyi ilə bağlı da heç nə məlum deyil. Qeyd edək ki, bu şirkət ödəniş terminalının aylıq ümumi gəlirinin 3,5%-ni götürürdü. Xatırladaq ki, “Sumqayıt Nəqliyyat -1” MMC-nin rəhbəri bu yaxınlarda vəfat etmiş Novruz Fərəcovun oğlu Elgiz Fərəcovdur. Novruz Fərəcov isə Sumqayıtın icra başçısının yeznəsi idi.

Bir müddət əvvəl “Sumqayıt Nəqliyyat 1” MMC-nin qanuni təmsilçisi Elgiz Fərəzovun banka külli miqdarda borcu olduğu üçün ölkədən çıxışına qadağa qoyulduğu ilə bağlı iddialar səsləndirilirdi.//KONKRET.az

Son xəbərlər

Naxçıvanda rabitə nəqliyyatının baha başa gələn təmiri: 300 min manatlıq satınalma

Özgür Özel CHP parlament qrupunun sədri oldu

Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşdü

Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır

Perunun İnka cığırında avstraliyalı turist dərəyə yıxılaraq ölüb

Azərbaycanda sayğaclar BU CÜR OLACAQ

Dördgünlük Hindistana yollandı

“Green card” arzusunda olanların nəzərinə - ABŞ bu addımı atdı

Sərnişin avtobusu piyadanı vurdu

Latviyada naməlum dron gölə düşərək partlayıb

“Qalatasaray”dan 30 milyonluq transfer planı

“ABŞ ilə danışıqlarda yaxın zamanda qəti nəticə gözlənilmir”.

Elvin Cəfərquliyev milliyə çağırıldı

Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı

Havay adalarında güclü zəlzələ oldu

Bazar günü hava necə olacaq?

Putin Ukraynanı tələbə yataqxanasına zərbə endirməkdə günahlandırdıqdan sonra qisas alacağını vəd etdi!

Braziliya BMT Təhlükəsizlik Şurasının islahatı üçün ABŞ-yə çağırış edib

Metro və avtobuslarda aylıq və illik bilet paketləri olacaq

CHP qurultayı ilə bağlı 13 nəfər saxlanıldı

Konqres Heqseti divara dirəyib: Ukraynaya yardım hanı?

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək

Sabah 56 mindən çox abituriyent imtahan verəcək

Bu ölkədə dəhşətli partlayış - Ölənlərin sayı 82-yə çatdı-YENİLƏNDİ

Qubada yol ÇÖKDÜ!

Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Mürsəl İbrahimov Biləsuvarda vətəndaşların problemlərini dinlədi

“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb

“Trabzonspor” və “Beşiktaş”ın avrokuboklardakı potensial rəqibləri bəlli oldu

May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Bütün xəbərlər