Rusiya Xankəndidə baş konsulluq açacaq? - Polad Bülbüloğlu AÇIQLADI

Qarabağda Rusiyanın baş konsulluğu açıla biləcəyi müzakirə olunur.

"dogruxeber.tv" xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik fəaliyyətini başa vuran səfiri Polad Bülbüloğlu deyib.

"Rusiya Federasiyası konsulluq açmaq istəyini bildirdi, çünki bizim Rusiyada iki əsas konsulluğumuz var: Yekaterinburq və Sankt-Peterburqda. Rusiyanın böyüklüyünü və ölkənizdəki azərbaycanlıların sayını nəzərə alsaq, bu, təbiidir. Burada isə Azərbaycandakı konsulluqların iş sahəsi daha məhduddur, lakin buna baxmayaraq, bu istiqamətdə işlər aparılır, bu məsələ müzakirə olunur", - Bülbüloğlu qeyd edib.

Bir neçə həftə əvvəl Rusiya Federal Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Xankəndidə Rusiya Baş Konsulluğunun açılmasına hazırlıqların tezliklə başlaya biləcəyini bildirmişdi.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dünən Bakıya iki günlük rəsmi səfərə gəlib. Rusiya liderinin Azərbaycan prezidenti İlham Əliyevlə bu məsələni müzakirə edib-etməyəcəyi məlum deyil.

Oxunub: 527

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər