"Əhalinin ziyanını kompensasiya edin" - ÇAĞIRIŞ

dogruxeber.tv: - Bir neçə gün öncə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Oğuz-Qəbələ-Bakı su kəmərində təmir-bərpa işləri apardığından, paytaxtın bir çox rayon və qəsəbələrində içməli suyun fəaliyyəti dayandırılmışdı. İki gün öncə kəmərin bərpası barədə Təchizat Xidməti rəsmi "facebook" səhifəsində təmir işlərinin başa çatması istiqamətində məlumat paylaşsa da, bu gün qurum yenidən məlumat paylaşaraq bildirib ki, Oğuz-Qəbələ-Bakı kəmərində yenə qəza baş verib: "Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Xətai, Nizami, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq. Avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır. Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq. Narahatlığa görə abonentlərdən üzr istəyirik" - deyə, qurum rəsmi açıqlamasında qeyd edib.

Günlərdir təmirində problemlər yaşanan kəmərlə bağlı qurumun istifadəçilərdən üzrxahlıq etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb: "...3-4 gün qabaq heç bir xəbərdarlıq etmədən suyu bağladınız təmir adı ilə, paylaşımda yazdınız ki, suyun verilmə rejimində dəyişiklik olacaq, amma dörd gün ərzində bir qram belə su vermədiniz. Belə dəyişiklik olur? Birbaşa deyin ki, 4 gün su olmayacaq, camaat da bir çarə qılsın başına. İndi də təmirdən bir həftə keçməmiş eyni xəttə qəza olub. Üzr istəmək lazım deyil. Kompensasiya etmək lazımdır əhalinin düşdüyü ziyanı" - deyə, Asim Nehmətli qurumun açıqlamasına verdiyi reaksiyada bildirir.

Nicat Qaçaylı adlı sosial şəbəkə istifadəçisi Təchizat Xidmətində gərəkli yoxlamaların başlanmasını zəruri hesab edir: "Düşünürəm ki, Azərsuda geniş miqyaslı yoxlama aparmağın vaxtıdır. Müvafiq qurumların diqqəti bu məsələyə cəlb olunmalıdır".

Məlumat üçün qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin təmir prosesi qurumun bildirdiyinə görə avqust ayının 12-dən 16-dək davam etmişdi. Ancaq bir gün sonra həmin xəttə yenidən qəza baş verib və təmir işləri avqust ayının 21-nə kimi uzadılıb.

P.S. Maraqlı məqam isə ondadır ki, hər an baş verə biləcək qəzalar zamanı Bakını alternativ su mənbələri ilə təmin edə biləcək su kəmərləri bu illər ərzində çəkilməyib. Beş gün təmiri davam edib, cəmi iki gün su xidməti göstərə bilən qurumun bu fəaliyyəti heç də ağlabatan görsənmir.//Bizimyol.info

Oxunub: 224

Son xəbərlər

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Bütün xəbərlər