Ermənistan Əsasnamənin əslini diplomatik kanallarla Bakıya göndərib

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayıb. 

Qeyd olunub ki, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə diplomatik kanallar vasitəsilə sənədlərin əslinin mübadiləsi yolu ilə imzalanıb". 

Aparat "Əsasnamənin mətni nə vaxt dərc olunacaq?" sualına cavab olaraq bildirib: "Ölkədaxili koordinasiya prosedurlarının həyata keçirilməsi çərçivəsində gələn bazar ertəsi sənəd müəyyən edilmiş qaydada ictimaiyyətə açıqlanacaq. Əsasnamə Ermənistan qanunvericiliyinə uyğun olaraq hökumətin müzakirəsinə veriləcək, bundan sonra Milli Məclisdə onun ratifikasiyası proseduruna başlanacaq və bu məqsədlə sənəd ilk növbədə Konstitusiya Məhkəməsinə göndəriləcək". 

Sərhədin qalan hissələrində demarkasiyanın eyni prinsiplə davam edəcəyi məsələsinə də toxunulub: " Komissiyaların 2024-cü il aprelin 19-da keçirilən görüşlə bağlı press-relizdə deyilir ki, tərəflər demarkasiya prosesində 1991-ci il qanununu rəhbər tutacaqları barədə razılığa gəliblər. Alma Atanın bəyannaməsinə görə, bu əsas prinsip də Əsasnamədə öz əksini tapmalıdır".

Qeyd edək ki, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər