Niyə ailə başçısı qadın olanda xərclər daha çox olur?

Ailə başçısı qadın olduqda ailənin xərcləri artır.

Bu barədə Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının tədqiqinə dair məlumatında bildirilib.

Belə ki, məlumata görə, ev təsərrüfatından məsul şəxs kişi olduqda adambaşına xərclər 348 manat, qadın olduqda isə 5% artaraq 365 manatdır.
Həmçinin, ailə baçısı qadın olduqda geyimə, ev əşyalarına, səhiyyəyə, istiahətə, qida məhsullarına xərclənən vəsait artsa da, nəqliyyata, alkoqollu içkilərə, tütünə xərclənən pul azalır.

Maraqlıdır ki, ailədəki adambaşı xərclənən vəsait və s xərclər niyə ailə başçısının qadın və ya kişi olmasından asılıdır? Buradakı fərq nədir?

Sosioloq Lalə Mehralı Bizim.Media-ya açıqlamasında suallarımızı cavablayıb. O deyir ki, burada məsələ ailə baçısının qadın və ya kişi deyil, müşahidə və analiz qabiliyyətinin olmasıdır.

"Çünki indi istehlak olunan məhsullar illər öncəki kimi 1-2 çeşid deyil. Məsələn, biz yağ alarkən onun büdcəmizə uyğun, sağlamlıq üçün təhlükəsiz olub-olmamasını və s analiz etməliyik”.

Sosioloq nəzərə çatdırır ki, kişilərin analiz və müşahidə qabliyyəti daha çox inkişaf edib, ancaq qadınların da vaxtla bağlı məhdudiyyətləri daha çox olur. Yəni, həm iş, həm ev, həm övladlarının məktəb, bağça qayğıları, onların tərbiyə edilməsi, xərclərin tənzimlənməsi, bölüşdürülməsi, analiz edilməsi əlavə yükdür”.

Müsahibimiz əlavə edib ki, sözügedən məsələdə fərqin çox olmasının səbəbi qadının sosial yükünün çox olmasıdır:

"Vaxtına qənaət etmək istəyən qadınlar cüzi qiymət dəyişikliklərinə əhəmiyyət vermir. Buna görə də düşünürəm ki, kiçik fərqlər qadının sosial yükünün çox olmasıyla əlaqədardır”.

Son xəbərlər

Naxçıvanda rabitə nəqliyyatının baha başa gələn təmiri: 300 min manatlıq satınalma

Özgür Özel CHP parlament qrupunun sədri oldu

Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşdü

Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır

Perunun İnka cığırında avstraliyalı turist dərəyə yıxılaraq ölüb

Azərbaycanda sayğaclar BU CÜR OLACAQ

Dördgünlük Hindistana yollandı

“Green card” arzusunda olanların nəzərinə - ABŞ bu addımı atdı

Sərnişin avtobusu piyadanı vurdu

Latviyada naməlum dron gölə düşərək partlayıb

“Qalatasaray”dan 30 milyonluq transfer planı

“ABŞ ilə danışıqlarda yaxın zamanda qəti nəticə gözlənilmir”.

Elvin Cəfərquliyev milliyə çağırıldı

Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı

Havay adalarında güclü zəlzələ oldu

Bazar günü hava necə olacaq?

Putin Ukraynanı tələbə yataqxanasına zərbə endirməkdə günahlandırdıqdan sonra qisas alacağını vəd etdi!

Braziliya BMT Təhlükəsizlik Şurasının islahatı üçün ABŞ-yə çağırış edib

Metro və avtobuslarda aylıq və illik bilet paketləri olacaq

CHP qurultayı ilə bağlı 13 nəfər saxlanıldı

Konqres Heqseti divara dirəyib: Ukraynaya yardım hanı?

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək

Sabah 56 mindən çox abituriyent imtahan verəcək

Bu ölkədə dəhşətli partlayış - Ölənlərin sayı 82-yə çatdı-YENİLƏNDİ

Qubada yol ÇÖKDÜ!

Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Mürsəl İbrahimov Biləsuvarda vətəndaşların problemlərini dinlədi

“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb

“Trabzonspor” və “Beşiktaş”ın avrokuboklardakı potensial rəqibləri bəlli oldu

May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Bütün xəbərlər