Azərbaycanda ətin qiyməti kəskin bahalaşacaq - Oliqarxlar qəssablara tapşırıq verdi

dogruxeber.tv: - Azərbaycanda ətin qiyməti günü-gündən bahalaşır. Ekspertlər bunu müxtəlif amillərlə əlaqələndirirlər. Hesablama Palatası da bununla bağlı mövqe bildirib. Vurğulanır ki, yerli istehsalın bazası olan damazlığın lazımi səviyyədə inkişaf etdirilməməsi ölkədaxili ət və ət məhsullarının qiymətlərinin optimallaşdırılmasına mane olan əsas amildir.

Bu arqument nə qədər əsaslıdır? Mövzu ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Publika.az-a açıqlama verib.

O bildirib ki, heyvandarlıqda məhsuldarlığa təsir edə biləcək əsas amil yem bazasıdır:

“Ola bilsin ki, Hesablama Palatasında bu sahə ilə kifayət qədər məşğul olan mütəxəssis yoxdur. Əgər belə bir qənaətə gəliblərsə bunun özü də müsbət haldır. Yem bazası zəif olduğu üçün damazlığı inkişaf etdirmək mümkün olmayacaq. Azərbaycanda ətin qiymətinin baha olmasının əsas səbəbi yemin baha olmasıdır. Ümumiyyətlə, ölkədə məhsuldarlıq çox aşağıdır. Yemlənmə elə olmalıdır ki, məhsuldarlıq yüksəlsin. Yemdən səmərəli istifadə edib, yaxşı nəticə əldə etmək olar. Bu mərhələdən sonra damazlığı inkişaf etdirmək olar. Hazırda ət və ət məhsullarının qiymətlərinin optimallaşdırılmasına mane olan əsas amil damazlıq deyil”.

Ekspert əlavə edib ki, bu gün ön plana çəkilməli olan məsələ yem istehsalının zəif olması və bu yolda atılacaq addımlardır:

“Aparılan araşdırmalar onu göstərir ki, ət satışı azalıb. Bu da o deməkdir ki, satış azalıbsa, tələb də azalıb. Tələb azaldığı üçün təklif də azalır. Hazırda istehsalçılar bir o qədər ət istehsal etmirlər. Uzun müddətdir ki, bu sahənin öz əlinə alan oliqarxlar var. Həmin oliqarxlar dövlətdən ucuz kredit əldə edib, güzəştlər qazanırlar. Bu sistem davam etdiyi üçün bir çox fermerlər, bu işlə məşğul olan kəndlilər sıradan çıxacaq. Həmin oliqarxlar torpaq sahələrini ələ keçiriblər. Əslində onlar yenidən ətin qiymətini ciddi şəkildə artırıblar. Hələlik bunu bazarda hiss etmirik. Çünki qəssablar qiyməti yavaş-yavaş artırır ki, əhalidə şok effekti yaratmasın. Bir müddət sonra görəcəyik ki, ətin qiymətində çox ciddi artım var. Bu müddət elə də uzun dövrü əhatə etmir. Belə olduğu halda əhalinin yarısı üçün ət əlçatan olmayacaq. Mal ətinin qiymətinin artması ilə qoyun və toyuq ətində də artım baş verəcək”.

Oxunub: 339

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər