“32 ildir adıma maaş yazıb, yeyirlər!” — İTTİHAM

dogruxeber.tv: - “Azəravtoyol” ASC-nin tabeliyində olan 38 saylı Yol İstismar MMC-nin 47 saylı Füzuli Yol İstismar İdarəsində rüşvət və qanun pozuntusu, dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı “Yeni Müsavat”ın redaksiyasına ilginc məlumatlar daxil olub. araz.az bildirir ki, musavat.com-a müraciət edən Mahir Bayramov 1992-ci ilə kimi həmin idarədə sürücü kimi işlədiyini deyib.

Şikayətçi qeyd edib ki, hər gün işə gedib-gəlib, maaş alıb. 1-ci Qarabağ Müharibəsi başladığı vaxtlarda bütün digər qarabağlılar kimi o da işindən, evindən məhrum olub. Həmin idarə də işğal olunan torpaqlarda olduğuna görə düşmən tərəfindən dağıdılıb. Bura kimi hər şey məlumdur. Lakin əsas və maraqlı məsələ burdan başlayır. Həmin illərdə düşmən tərəfindən işğal olunan bir çox yol istismar idarələri birləşdirilir və 38 saylı Yol İstismar MMC-nin 47 saylı Füzuli bazasında Yol İstismar İdarəsi yaradılır. İdarəyə isə Mədət Əlif oğlu Hacıyev rəis təyin edilir.

Mahir Bayramov bildirib ki, 32 ildir eyni vəzifədə işləyən Mədət Hacıyev elə həmin illərdən də qanunsuz fəaliyyətlərini həyata keçirməyə başlayıb:
“Dövlət əmlakı olan 100-dən artıq texnikanı satıb mənimsəyib. Dövlət tərəfindən ayrılan vəsaitləri şəxsi maraqları naminə xərcləyir. Lakin bununla da kifayətlənməyən Mədət Hacıyev işğal nəticəsində respublikanın müxtəlif rayonlarına səpələnən əməkdaşların adlarını işdə saxlayaraq adlarına maaş yazır. Həmin maaşları da özü alaraq xərcləyir. Bunun nəticəsində də milyonlarla manat dövlət vəsaitini ələ keçirir”.

Mahir Bayramov deyib ki, onun adına 150 min manatdan çox maaş yazılıb:

“Heç bir işçinin adına maaş yazılmasından bu illər ərzində xəbəri olmayıb. Əfqanıstan müharibəsi veteranıyam, təsadüfən öyrəndim ki, adıma 32 ildir dövlətdən maaş alınır. Yazılan maaşların hamısı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında öz əksini tapıb. Adına maaş yazılan və maaşı mənimsənilən işçilərin sayı onlarladır. Bu isə milyonlarla manat vəsait deməkdir”.

Mahir Bayramov məsələ ilə bağlı Mədət Hacıyevə müraciət edib:

“Mədət Hacıyev adımıza maaş yazıldığını təkzib etmir. Deyir ki, guya indiyə kimi aldığı maaşların hamısını “yuxarıya” ötürüb. “Yuxarı” dedikdə o, Füzuli rayon rəhbərliyini, yoxsa “Azəravtoyol” rəhbərliyini nəzərdə tutduğunu dəqiq deməyib. Amma görünən odur ki, Füzuli rayonunda baş verən belə böyük bir korrupsiya faktını həyata keçirmək üçün Mədət Hacıyev tək fəaliyyət göstərməyib, bu işdə ona həm idarənin digər əməkdaşları, həm də Füzuli rayonunda söz sahibi olan şəxslər yaxından yardım edib”.

Həmçinin şikayətçinin adına qanunsuz imzalar çəkilib, adına olan bank kartları bankdan götürülüb, bütün bunlardan Mahir Bayramovun 32 il ərzində xəbəri olmayıb. Deyir ki, heç latın qrafikalı əlifbanı belə bilmir, adına yazılan əmək müqavilələri, yazılan maaşlar, bank kartları və sairdən ötən ay xəbər tutub. Qeyd edir ki, Mədət Hacıyev dövlət qulluğunda olmanın son yaş həddinə çatmağına baxmayaraq hələ də eyni vəzifəsində qalmaqda davam edir:

“Yəqin ki, kimlərsə onun bu vəzifədə qalmasında maraqlıdır”.
Qarşı tərəf də, öz sözünü deyə bilər, onu dinləməyə biz də hazırıq.

Oxunub: 325

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər