Milli Qəhrəman Əliyar Əliyevin anım günüdür

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür.

"dogruxeber.tv" xəbər verir ki, Əliyar Əliyev 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində dünyaya gəlib.

O, 1975-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb və 1979-cu ildə fərqlənmə diplomu ilə məzun olub. Daha sonra bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi olaraq çalışıb. 1980-1982-ci illərdə isə hərbi xidmətdə olub.

Əliyar Əliyev, respublikanın tanınmış idmançılarından biri kimi, klassik güləşdə bir çox respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olmuşdur. Onun səkkiz yetirməsi respublika və SSRİ çempionu, bir nəfəri isə Olimpiya yığma komandasının üzvü olub.

Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayanda, Əliyar Əliyev cəbhəyə könüllü gedənlərdən biri olub. Tabor komandiri olaraq, dəfələrlə düşmənə ağır zərbələr endirib.

1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçın kəndlərini 4 gün ərzində azad etməyə böyük yardım edib.

Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının 2 kilometrliyində baş verib. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə qəhrəmancasına şəhid olub.

O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn edilib. Azərbaycan prezidenti tərəfindən ölümündən sonra Milli Qəhrəman fəxri adı ilə təltif olunub.

Aliyar Əliyevin tələbələrindən biri olan general-mayor Mais Bərxudarov, Milli Qəhrəmanın ruhunu şad etmək məqsədilə Qubadlıya üçrəngli bayraq sancacağını bildirmişdi. Bu bayraq 25 oktyabrda Qubadlıya sancıldı, həmin gün Qubadlı 27 ildən sonra işğaldan azad edildi.

Qubadlı işğaldan azad edildikdən sonra Əliyar Əliyevin qəbirüstü abidəsi bərpa edilib.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər