"Əsrin müasir yezidi peyda olub"  - GİLEY

Divin, Təpəgözün, İkibaşlı əjdahanın olduğu nağıllarla böyüdük.

dogruxeber.tv: - Nənə-babalarımız bizi bu nağıllara elə inandırdılar ki, sadalanan nağıl personajlarının hər an qarşımıza çıxa biləcəyi qorxusu ilə bir uşaqlıq yaşadıq. Və illər keçdi, biz böyüdük. Böyüdükcə də özümüzü inandırdıq ki, div də, əjdaha da, onu məhv edən Məlikməmməd də sadəcə nağıl qəhrəmanları idi, nağılda da qaldı.

Amma yox... Sən demə elə Nənə-babalarımız doğru deyibmişlər, biz özümüz özümüzü onların yoxluğunan inandırmaqla aldatmışıq. Onlar indi də var, amma sadəcə olaraq, rəhmətliklərin dedikləri qədər qorxunc görünmürlər.

Nə yazıq ki, özümüzdən biri kimi görünüb, insanlara, insanlığa qənim kəsilən belə şəxslərin böyük əksəriyyətinin "əzəməti" də onların əyləşdikləri "taxt-tacda" - yəni, vəzifə kürsüsündədir.

Təsəvvür edirsiniz?
Qaradağ Rayon Müşfiqabad qəsəbəsinin - xüsusilə də Qaçqın şəhərciyinin sakinləri dünya yeni-yeni qarşıda yer üzünü gözləyən su qıtlığından narahatlığını bəyan edəndə biliblər ki, sən demə buvaxta qədər su bol imiş. "Həftə səkkiz, mən doqquz" suları kəsilən bu binəva camaat üçün illərdir ki, nə əvvəl mövcud olan ("fəaliyyət göstərən" desək sözügedən ərazi sakinlərini cırnatmış olarıq) "Azərsu" ASC, nə də hazırkı qurum Su Ehtiyatları Agentliyi heç bir ehtiyat tədbirləri də görməyiblər.
Artıq, iki gündür susuz qalan şəhərcik sakinləri deyir, "Elə hey su kəsilir, hər dəfə də hansısa borunun təmir olunduğunu deyib, uşaq kimi başımızı aldadırlar".

Bəli, yuxarıda da qeyd etdiyimiz kimi bu hal Qaçqın şəhərciyində ilk dəfə deyil, amma Zaur Mikayılov fəaliyyətinin sürətlə topladığı narazı vətəndaş auditoriyası bunu deməyə əsas verir ki, bu heç son da deyil.

Buna görə də sözügedən ərazinin sakinləri redaksiyamıza, ən qısa zamanda kütləvi halda etiraza qalxmaq məcburiyyətində olduqlarını deyiblər.
Yay boyunca da tez-tez susuz qaldıqlarını və evlərinin içində səhra həyatı yaşadıqlarını deyən bu insanlar "Qorxmaz Hüseynovun da heç nümunəvi fəaliyyəti yox idi, amma Zaur Mikayılov gələndən bəri bizə, "Qorxmazlı günlərə şükür" oxutdurur. Deyəsən bizim də ölkə başçısına müraciət etməkdən başqa çarəmiz qalmır" deyə, "dogruxeber.tv" informasiya agentliyinin rəhbərinə gileyləniblər.

Ümid edirik ki, ən qısa zamanda mövcud problem aidiyyatı qurum tərəfindən aradan qaldırılar və bu insanlar da belə kiçik məsələlər üçün ölkə başçısına müraciət etmək məcburiyyətində qalmazlar.

Özümüz yazdığımıza baxmayın, doğrusu mövcud vəziyyət bizi də çox məyus etdi. Təqribən 4 il əvvəl elə bu camaat Qorxmaz Hüseynovu "əsrin əjdahası" adlandıraraq, "suyun boğazına yatdığını" deyib, dərdlərini də məhz "dogruxeber.tv"a danışmışdılar, bu gün də təkrar etdilər. Görünür, bu 4 ildə fəaliyyətdə heç nə dəyişməyib.

Bu gedişlə deyəsən," Mirzə dayıya hələ çox gözaydınlığı verəcəyik". İndi heç "xaricdə belə olmayan əjdahalar" bizdə var.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 527

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər