Nüfuzlu “Mining Journal” nəşri “Daşkəsən dəmir filizi” layihəsinə geniş məqalə həsr edib - FOTO

Böyük Britaniyanın nüfuzlu “Mining Journal” nəşrinin onlayn resurslarında – “mining-journal.com” və “miningnews.net” veb-səhifələrində “AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin icra etdiyi “Daşkəsən dəmir filizi” layihəsi ilə bağlı geniş məqalə dərc edilib.

"dogruxeber.tv" bildirir ki, məqalədə Cənubi Qafqazın ən böyük qara metal filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi, mütərəqqi beynəlxalq təcrübə və müasir texnoloji həllərlə dəmir istehsalı zəncirinin yaradılması istiqamətində həyata keçirilən fəaliyyətdən bəhs olunub. Qeyd edilib ki, mədən şirkəti ixracyönümlü polad məhsullarının hazırlanması üçün yüksək keyfiyyətli xammala artan tələbatın ödənilməsi məqsədilə ilkin mərhələdə dəmir konsentratının istehsalı üçün Zənginləşdirmə zavodunun inşasını planlaşdırır. Növbəti mərhələdə zənginləşdirilmiş konsentratdan xammal qismində mexaniki və kimyəvi uyğunluğun təmin edilməsi üçün aralıq məhsul olan pellet istehsalı infrastrukturu – Pellet zavodu qurulacaq. Daha sonra pellet son məhsul olaraq 95% dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (HBI – Hot Briquetted Iron) istehsalı üçün inşa ediləcək HBI zavoduna yönəldiləcək.

Nüfuzlu “Mining Journal” nəşri “Daşkəsən dəmir filizi” layihəsinə geniş məqalə həsr edib - FOTO

Məqalədə, həmçinin zavodların layihələndirmə mərhələsindən başlayaraq müasir ekoloji tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qlobal tendensiyaların nəzərə alındığı qeyd olunub. İstehsal zəncirinin son halqası olan HBI texnologiyasının klassik yanaşma ilə müqayisədə karbon qazı emissiyasının 60%-dək azaldılmasına imkan yaratdığı, bu texnologiyanın gələcəkdə istehsal prosesində hidrogenə keçid edilməsinə, beləliklə “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə imkan yaradacağı diqqətə çatdırılıb. Bununla “Daşkəsən dəmir filizi” layihəsi çərçivəsində zavodların ekoloji statusunun möhkəmləndiriləcəyi vurğulanıb.

Məqalədə layihənin böyük iqtisadi və sosial əhəmiyyəti fonunda xarici investorlar tərəfindən ciddi maraq göstərildiyi, “Daşkəsən” dəmir filizi yataqlarının istismara verilməsinin Gəncə-Daşkəsən iqtisadi rayonunda məşğulluq indeksinə müsbət təsir göstərəcəyi, minlərlə daimi iş yerinin yaradılacağı qeyd olunub.

Sözügedən məqalə ilə tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

“Mining-journal.com”

“Miningnews.net”

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər