“Daşkəsən” dəmir filizi yataqları qrupunda geoloji tədqiqatlar davam etdirilir

“AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” (DDF) MMC tərəfindən ölkəmizin ən böyük qara metal yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi yataqları qrupunun istismarı layihəsi çərçivəsində geoloji tədqiqatlar uğurla davam etdirilir.

"dogruxeber.tv" bildirir ki, ötən dövr ərzində yataqlar qrupuna daxil olan “Cənub-şərq” və “Şimal-qərb” yataqlarında aparılan geoloji kəşfiyyat işlərinin nəticəsi olaraq yerin təkində olan resurslarda 69.7 milyon ton artım əldə edilib. Bununla “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə yerin təkində olan filiz ehtiyatlarının ümumi kütləsi 309.16 milyon tona çatdırılıb.

Növbəti mərhələdə Böyük Britaniyanın “Micon International” şirkəti tərəfindən “Cənub-şərq” və “Şimal-qərb” mədənləri üzrə açıq karxana üsulu ilə 21 illik istismar planı hazırlanıb. Geoloji tədqiqatlar çərçivəsində istismar müddətinin 25-30 ilə çatdırılması növbəti hədəf olaraq müəyyən edilib. Belə ki, “Cənub- şərq” və “Şimal-qərb” yataqlarının cinahlarında geniş geoloji kəşfiyyat işləri, daha 3 yataq – “Cənub-qərb”, “Dəmirov” və “Dardərə” yataqlarında isə ilkin kəşfiyyat-tədqiqat işləri həyata keçirilir.

Qeyd edək ki, “Daşkəsən dəmir filizi” layihəsi çərçivəsində mədənlərdən hasil ediləcək qara metal filizləri qarşıdakı illərdə inşası planlaşdırılan üçmərhələli istehsal zənciri üçün xammal kimi istifadə olunacaq. Belə ki, Daşkəsən rayonunda dəmir konsentratı istehsalı üçün Zənginləşdirmə zavodu, Göygöl rayonunda isə aralıq məhsul olan pellet istehsalı və son məhsul olan HBI (isti briketləşdirilmiş dəmir/ hot briquetted iron) istehsalı zavodlarının qurulması nəzərdə tutulub. Bununla ölkədə təkrar emal edilən metal qırıntılarının yüksək keyfiyyətli xammalla əvəzlənməsi, metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması, həmçinin ixracyönümlü polad məhsullarının hazırlanması üçün artan tələbatın ödənilməsi hədəflənir.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər