Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı?

dogruxeber.tv: - Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,5 milyon manat zərərlə başa vurub.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 76,6 % çoxdur.

9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,6 milyon manat (illik müqayisədə 5,9 % az), xərcləri 1 milyon manat (eyni qalıb), xüsusi ehtiyatlara ayırmaları 1,2 milyon manat (20 % çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 0,1 milyon manat (1 il bundan əvvəl olmayıb) təşkil edib.

Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 12,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,3 % azdır.

Bunun 10,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Son 1 ildə sektorun kredit portfeli 6,8 % kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 8,3 % azalaraq 3,3 milyon manata, balans kapitalı isə 6,9 % azalaraq 9,4 milyon manata düşüb.

Qeyd edək ki, bu gün vətəndaşlar müxtəlif qurumlara müraciət etməklə kredit əldə etməyə çalışır. Onlardan biri də kredit ittifaqlarıdır ki, burada 35-40 faizlə kredit verirlər.

Bu qədər yüksək faizlə kredit verən qurum niyə zərərlə işləyir və belə olduğu halda artıq əhali onlara etibar edəcəkmi?

İqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"a bildirib ki, burada əsas məqsəd dövlət büdcəsinə ödənməli olan böyük məbləğdə vergidən yayınmaqdır:

"Kredit ittifaqları bank olmayan kredit təşkilatının (BOKT) bir növüdür. Yəni öz üzvlərinə kredit verir. Kredit ittifaqları kənar şəxslərə xidmət göstərmir. Məsələn, 10-40 nəfər toplaşırlar, guya ki, kredit ittifaqı təsis ediblər və yalnız öz üzvlərinə kredit verirlər.

Məsələn, mən müraciət edirəm ki, "mənə kredit ver". O məni guya ki, üzv qəbul edir və mənə kredit verir. Kreditin də pulunu haradan götürürlər? Burada, öz üzvlərinin pulu olmalıdır, reallıqda gedib bankdan kredit götürüb, adını da qoyurlar ki, guya bu, kredit verir. Kreditin faizi də yüksəkdir. Ancaq bir qayda olaraq o kreditlər qayıtmır. Onu "ümidsiz kredit” kimi silirlər. Əslində kredit ittifaqının rəhbərliyi "şapka" alır, yəni onu cibinə qoyur.

Axırda da göstərirlər ki, mənfəətimiz yoxdur. Mənfəət olmayanda da vergi olmur. Kredit ittifaqı dövlət büdcəsinə 20 faiz vergi verməlidir. Ancaq vergi vermək də istəmir. Zərərlə işlədiyini elan edərək böyük məbləğdə vergidən yayınır. Bu baxımdan, Azərbaycanda real kredit ittifaqları yoxdur. Öz üzvlərinin pulu ilə kredit verən ittifaq Azərbaycanda yoxdur.

Məsələn, xaricdə, İngiltərədə real kredit ittifaqları var. Hazırkı fəaliyyətinə görə, Azərbaycanda kredit ittifaqlarının fəaliyyətinə ehtiyac da yoxdur. Bu sadəcə sui-istifadə mexanizmlərindən biri kimi qalıb. Bank sistemi, cəmiyyət üçün elə bir rolu yoxdur. Mərkəzi Bank da onların fəaliyyətini ciddi tənzimləmir. Ona görə də Azərbaycanda kredit ittifaqları özünü tam doğrultmayıblar və bu baxımdan onlara heç ehtiyac da yoxdur. Elə ləğv etsələr bundan daha yaxşı olar".

Ekspertin sözlərinə görə, bu gün vətəndaş gedib kredit ittifaqına pul üçün müraciət etsə, onu təmənnasız verməyəcək, "şapka" istəyəcək:

"Ola bilsin ki, girov ya götürsün, ya da götürməsin. Adi vətəndaş onsuzda gedib oradan kredit götürə bilmir. Əlində güclü girovu olan vətəndaş istisna ola bilər.

Ancaq onu formal olaraq onu üzv yazırlar. "Bəxtiyar" filmindəki fraqmentə bənzəyir. Yəni klubun üzvləri "oxumalı" olsalar da kənardan gətirirlər. Kredit İttifaqı da buna bənzəyir.

Ona görə də vətəndaşların çoxu kredit ittifaqından kredit almır. Ən yaxşı variant bankdır. Bankların faizi ən aşağıdır. Kredit ittifaqına vətəndaş qızıl girov verməklə müraciət etsə verəcək, ancaq lombard kimi verəcək".//siam-az.com

Oxunub: 221

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər