COP29-da yalnız onlar pulsuz qida ilə təmin olunacaq

“COP29-un keçiriləcəyi məkan müəyyənləşdikdən sonra Bakı Stadionunda üç yeni mətbəxin qurulmasına start verdik”.

dogruxeber.tv” APA-ya istinadən xəbər verir ki, bunu COP29 üzrə Keyterinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ümumən, dörd mətbəx fəaliyyət göstərir: “Bunların üçü Mavi zonada, bir böyük mətbəx isə Yaşıl Zonada yerləşir. Hazırda olduğumuz mətbəx 3000 kvadrat metrdən böyük ərazini əhatə edir. 1500 kvadratında malların qəbulu, düzgün saxlanılması, ilkin emalı, bişirilməsi, qablaşdırılması və konfrans iştirakçılarına çatdırılması üçün nəzərdə tutulub. Qalan ərazidə isə stadion ərazisində fəaliyyət göstərən əməkdaşların qidalanmasını təşkil edirik”.

Anar Zeynalov qeyd edib ki, stadionun ərazisində 56 yeni kafe-restoran qurulub: “Onların 30-dan çoxu qida satış nöqtələridir. İki böyük restoranın birində milli mətbəx, digərində isə dünya mətbəxindən təamlar olacaq. Bu qida satış nöqtələri stadion ərazisinin müxtəlif hissələrində yerləşir. Bu qida satış nöqtələrinin 1 saat ərzində 6000-dən çox konfrans iştirakçısına xidmət edə biləcək. Tədbirin formatı üç qidalanma prosesindən ibarət olacaq. Noyabr ayında keçiriləcək tədbirin sifarişlərini artıq indidən qəbul edirik və hazırlıq prosesi gedir”.

O vurğulayıb ki, COP29-la bağlı Bakı Stadionundakı qida satış nöqtələrində çalışan əməkdaşların sayı 1200-dən yuxarıdır və əməkdaşların hamısı tibbi müayinələrdən keçiblər.

“COP29 zamanı portal və qida satış nöqtələrində, restoran-kafelərdə qidalanma ödənişli şəkildə həyata keçiriləcək. Yalnız COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz qida ilə təmin olunacaqlar”, - A.Zeynalov əlavə edib.

Oxunub: 300

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər