Qazinin ağzını tikməsinə səbəb olan məmurlar... - VİDEO

"dogruxeber.tv" xəbər verir ki, ötən gün Naxçıvan Muxtar Respublikasından Culfa şəhər sakini, ikinci qrup müharibə əlili Qasımov Vüqar Əliyar oğlu, agentliyin tabeliyində fəaliyyət göstərən "Kanal14" ilə canlı bağlantı yaradaraq, 16 gündür öz hüquqları uğrunda mübarizə apardığını deyib.

Artıq, bir neçə ildir sivil qaydada - aidiyyatı dövlət qurumlarına rəsmi müraciətlər edən, lakin hələ də nail ola bilməyən Vüqar Qasımov 16 gündür öz ağzını iynə-sapla tikərək etiraz aksiyası keçirdiyini deyib.

Onu bu addımı atmağa vadar səbəb ona məxsus rəsmi çıxarışı belə olan 4 iaşə obyektlərinin Naxçıvan rəhbərliyinin göstərişilə sökülməsidir. Vüqar Qasımovun sözlərinə görə sökülmə səbəbini belə bilmədiyi obyektlərinin əvəzinə ona hər hansı təzminat verilməyib. Belə olan halda məhkəməyə müraciət edib, lakin görünən odur ki, "klassik Azərbaycan məhkəməsi" öz "adət-ənənəsinə sadiq qalaraq" ədalətli qərar verməmək üçün əlindən gələni edir.

Nə az - nə çox, düz 11 məhkəmə prosesinin keçirildiyinə rəğmən hələ də bu proseslərin tanışlıq prosesi olduğunu deyən qazinin sözlərinə görə, xeyli mübarizədən sonra sökülən iaşə obyektlərinin əvəzində ona qupquru dağın ətəyində kiçik boş torpaq sahəsi verilməsi təklif olunub.

Bildirir ki, "müharibə əlillərinə verilməli olan mənzil belə mənə pul ilə verilmişdi, o, da söküldü. Mənim 4 obyektimlə bərabər, bir neçə şəxslərin də obyektləri söküldü. Onlarla necə hesablaşılıb bilmirəm, amma mən pul istəmirəm, şəhərin içindəki 4 obyektimin qarşılığı olaraq, ədalətli qərar verilməsini istəyirəm. Pozulmuş hüquqlarım bərpa olunana qədər də mübarizəmi və etirazımı davam etdirəcəm".



P.S: Qeyd edək ki, "dogruxeber.tv" olaraq tərəfimizdən Vüqar Qasımovun iddiaları ilə bağlı aidiyyatı qurumlara göndərilməsi üçün rəsmi sorğular hazırlanır.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 841

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər