gundem / sosial / Cəmiyyət
19.11.2024, 17:00
Gələn il polislərin maaşları artırıla bilər
"Cari ildə Daxili Qoşunların hərbi qulluqçularının əməkhaqqı artırılıb".
"dogruxeber.tv" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, növbəti ildə ümumi əməkhaqqılarının artırılması çərçivəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqının artırılması nəzərdən keçiriləcək.



