İran xarici işlər naziri Ankaradadır - Fidanla görüşəcək

Suriyadakı təmaslarını başa vuran İranın xarici işlər naziri Abbas Arakçi Türkiyə rəsmiləri ilə görüşmək üçün Ankaraya gedib.

"dogruxeber.tv" İran KİV-lərinə istinadən xəbər verir ki, Arakçi Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşündə ikitərəfli əlaqələri və regional hadisələri müzakirə edəcək.

Abbas Arakçi Ankarada mətbuata açıqlamasında Suriya səfərini müsbət qiymətləndirib.

Dəməşqdə Suriya və bölgədəki mövcud hadisələrlə bağlı fikir mübadiləsi apardıqlarını bildirən nazir, “Bu görüşdə mən cənab Bəşər Əsədə İran İslam Respublikasının Suriya hökumətinə, ordusuna və xalqına hərtərəfli dəstəyini açıq şəkildə bəyan etdim. Keçmişdə İŞİD və digər müxtəlif qrupların Suriyanı vətəndaş müharibəsinə sürüklədiyi daha çətin dövrlər olub, lakin onlara müqavimət göstərilib.
İndi onlar yenidən fürsət əldə edib, İsrailin Livan və Fələstini işğal etməsinin yaratdığı şərait nəticəsində istədiklərini edə biləcəklərini düşünürlər.

Təbii ki, bu, səhv hesablamadır və Suriya hökuməti və ordusu onlarla mübarizə aparmağa qadirdir, əlbəttə ki, müqavimət qrupları da kömək edəcək və İran İslam Respublikası bütün lazımi dəstəyi verəcək”, - deyə bildirib.

Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla hərtərəfli görüşlər keçirəcəyini bildirən Arakçi, “Türkiyə ilə hər zaman müxtəlif mövzularda məsləhətləşmələr aparmışıq. Bir çox yerdə razıyıq, bəzi yerlərdə isə razı deyilik. Bir-birimizlə danışmağımız da təbiidir. Ümid edirəm ki, biz regional məsələlərdə ümumi anlaşma əldə edə bilərik”-deyə qeyd edib.

Son xəbərlər

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Bütün xəbərlər