gundem / iqtisadiyyat / Cəmiyyət
17.12.2024
Dövlətə yarım milyondan artıq borcu olan hospital Dövlət Vergi Xidmətini məhkəməyə verdi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə verilib.
"dogruxeber.tv"ın Pravda.az-a istinadən xəbərinə görə, İdarə ilə bağlı Şəki Kommersiya Məhkəməsinə müraciəti 555 531 AZN vergi borcu olan "Regional Hospital" MMC edib.
Mahiyyəti vergi məsələləri üzrə mübahisə olan iş hakim Günel Şirinova-Əsədovanın sədrliyi ilə araşdırılacaq.
Qeyd: Şirkətin qanuni təmsilçisi Eldəniz Mübariz oğlu Daşdəmirovdur.



