TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi

46 nəfərdən dəyərindən qat-qat aşağı qiymətə aviabilet təşkil etmək adı ilə xüsusi külli miqdarda pul alan qadının məhkəmə prosesinin istintaqı yekunlaşıb.

"dogruxeber.tv"ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Mələk Zeynalovanın məhkəməsində zərərçəkən Ağazadə Natəvan İnqilab qızı ifadə verərək bildirib ki, Mələkdən ilk dəfə Dubaya getmək üçün çox ucuz qiymətə bilet aldım, hardasa 1000 manata. Özünü bizə AZAL-ın mühasibi kimi təqdim etmişdi. AZAL-da Nuranə xanım Şəfiyeva vasitəsilə ucuz bilet götürürdü. Biz pulu Nuranə xanımın kartına göndərirdik. Sonra dedi ki, mənə pul verin 2-3 günə qaytaracam, ucuz bilet alıb baha qiymətə satacam. 116 min ümumilikdə pul alıb biznes adı ilə. Üstündə bizə də hörmət edirdi. Anam Sevda ilə mənə hardasa 20 minə yaxın pul qaytarmalıdır".

Qeyd edək ki, Mələk Zeynalovaya faizə pul verdiyini etiraf edən Natəvan Ağazadə TƏBİB-in Koordinasiya Şurasının sədri Mübariz Ağayevin gəlinidir.

Mübariz Ağayev uzun illər Lerik Mərkəzi Rayon Xəstəxanasının baş həkimi işləyib sonra isə TƏBİB-ə yüksək vəzifəyə təyin olunub.

Təqsirləndirilən şəxs Mələk Zeynalova isə Natəvanın Dubaya getmək üçün ona 2500 manat pul verdiyini etiraf etdi: "Sonra da Baliyə yoldaşı ilə birgə getmək üçün tur paket verdim. Natəvan mənə faizə pul verib və kifayət qədər qazancda götürüb. Mənim Natəvan və anasına heç bir verəcəyim yoxdur".

Məhkəmənin növbəti gedişində təqsirləndirilən Mələk Zeynalovanın səs yazılarına qulaq asıldı.

Mələk Zeynalova Şəhla Mustafayeva adlı şəxsin məhkəmədə dindirilməsini istədi: "O da mənə 35 min manat faizə pul verib. Mən 120 min manata təqsirliyəm, cəzamıda çəkəcəm. Şəfiyeva Nuranə Elşad qızı, Şəhla Mustafayeva və Natəvan Ağazadə mənə faizə pul veriblər".

Hakim Aytən Əliyeva məhkəmə istintaqının yekunlaşdığını bildirərək çıxış üçün dövlət ittihamçısı Ergin Qafarova söz verdi. Dövlət ittihamçısı Mələk Zeynalovanın 11 il 6 ay azadlıqdan məhrum edilməsini istədi.

Zərərçəkən Natəvan Ağazadə dövlət ittihamçısı ilə razı olduğunu bildirdi.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün bir ay vaxt istəsə də hakim prosesi 23 dekabr tarixinə kimi təxirə saldı.

Cinayət işinin materiallarına görə, DİN-ə naməlum şəxsin çoxsaylı vətəndaşları xarici ölkələrə dəyərindən qat-qat aşağı qiymətə aviabilet və tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub. Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, qeyd edilən qanunsuz əməl Bakı şəhər sakini Zeynalova Mələk Nazim qızı tərəfindən törədilib. Dələduzluqda şübhəli bilinən həmin şəxsin yeri DİN-in əməkdaşları tərəfindən müəyyən edilib və o, qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova “WhatsApp" ani mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

İlkin mərhələdə Mələk Zeynalova aviabilet və aviatur almaq istəyən şəxslərə dəyərindən ucuz qiymətə bilet təşkil edərək onlarda inam yaradıb. Sonradan Mələk Zeynalovaya etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq şəxsi tələbatlarına xərcləyib. Bununla da Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 500 min manatdan məbləğində maddi ziyan vurub.

Oxunub: 253

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər